Bayburdlu oymağı

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç

Bayburdlu oymağıCənubi Azərbaycanın bölgələrindən biri olan Qaradağ vilayətində yaşamış olan türk tayfalarından biri.

Tayfanın adından bəlli olur ki, onlar ilk öncə Şərqi Anadoluda, Ərzurumdan şimal-qərbdə yerləşən Bayburd köçüb bu bölgəyə gəlmişdirlər. Bu tayfa Səfəvi imperiyasını yaradan Qızılbaş tayfalarından biri olmuşdur.[1] Bu tayfanın başçısı olan Qaraca İlyas Bayburdlu I Şah İsmayılın Ağqoyunlu hökmdarı Əlvənd Mirzə ilə döyüşdüyü Şərur döyüşündə iştirak etmiş, Qızılbaş ordusunun komandanlarından biri kimi olmuşdur. Bu döyüşdə I İsmayıl Əlvənd Mirzəni darmadağın etmiş və bir qədər sonra Təbrizə daxil olaraq özünü şah elan etmişdir.[2] I Şah İsmayıl və oğlu I Şah Təhmasib (1524-1576) hakimiyyət illərində Bayburdlu eli Osmanlı sınır-sərhədlərində uc gözətçisi idi. Çuxursəd əyalətinin Şuragil mahalı bu el başçısının tiyul mülkü idi. Qaraxan bəy Bayburdlunun başçılığı ilə bayburdlular Çuxursəddən köçüb Azərbaycana – Qaradağ vilayətinə gəldilər. Onlar Qaradağ və Savalan arasında yerləşən kəndlərdə sakin oldular. Qaraxan bəy və başqa böyüklər Əhər şəhərinə yerləşdilər. Bayburdluların Əhər mahalında öz kəndləri bunlardır: Təzəkəndi Təhmasib, Şəmsabad, Yüzbaşılı, Qalabaşı Şahverdi qışlağı, Alpavut, Qorçu kəndi, Səfixanlı, Nəcəfxanlı, Xızır kəndi, Uluxanlı və s.[3][4]

I Abbasın dövründə də bu tayfadan görkəmli sərkərdələr çıxmışdır:[3]

  • Şahverdi bəy Bayburdlu - yasavul-e söhbət vəzifəsini icra etmiş və şaha çox yaxın olmuşdur.[5]
  • Murad xan Sultan Bayburdlu - I Abbasın dövründə Qaradağın əmiri və hakimi olmuşdur.[6]
  1. Le Strange, 1926. səh. 45-46
  2. Sarwar, 1939. səh. 38
  3. 1 2 Oberling, 1988
  4. Ənvər Çingizoğlu. "Qaradağ elləri: beloğludan eloğluya qədər". reyting.az. 24 iyul 2021. 3 December 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 may 2023.
  5. Monshi, 1978. səh. 1084-1085
  6. Monshi, 1978. səh. 1312