Dərk (kənd)

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Dərk
41°04′59″ şm. e. 48°24′58″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Quba rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 186 (2009) nəfər
Xəritəni göstər/gizlə
Dərk xəritədə
Dərk
Dərk

DərkAzərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Yerfi bələdiyyəsinin tərkibindədir[1].

Dərk kəndi qədim tarixə malikdir. Kənddəki yaşlı nəsilin söylədiyinə görə buralar əvvəllər yaylaq yeri olub. Yollar çəkildikdən sonra, əhali çoxalıb və kənd salınıb.

Dərk oyk., sadə. Quba r-nunun Yerfi i.ə.v.-də kənd. Baba çayının sahilində, Yan silsiləsindədir. Çox vaxt Dərgavar variantında qeydə alınır. Oykonim dərk (bənd, körpü) və var/vər (qarşı tərəf) komponentlərindən düzəlib, "körpünün, bəndin qarşı tərəfi" mənasındadır.[2]

  • Kənd Həzrət Baba ziyarətgahının ətəyində olduğu üçün kənddən oraya yol var. Buna görə də yayda buraya qonaqların axını çoxalır. Vəlvələçayın mənbəyi buradan başlayır.

Kənd 32 ev və 150 nəfərdən ibarətdir. 2009–cu ilin siyahıyaalınmasına əsasən kəndə 186 nəfər əhali yaşayır.[3]

Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018–ci il tarixli Sərəncamı[4] ilə Quba rayonu Dərk kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması üçün 285 000 manat vəsait ayrılmışdır[5].

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı". 2012-01-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-04.
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  3. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
  4. "Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında" Arxivləşdirilib 2021-10-26 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018–ci il tarixli Sərəncamı. president.az  (az.)
  5. "Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı" Arxivləşdirilib 2021-10-26 at the Wayback Machine. president.az  (az.)