Hüseyn Məmmədov (siyasətçi, 1900)
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. (fevral 2024) |
Hüseyn Məmmədov | |
---|---|
Hüseyn Qurban oğlu Məmmədov | |
may 1952 – aprel 1963 | |
Əvvəlki | Cəbrayıl Məmmədov |
Sonrakı | Səkinə Əliyeva |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 may 1900 |
Doğum yeri | |
Vəfat tarixi | 24 noyabr 1970 (70 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya | |
Hərbi xidmət | |
Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı |
Döyüşlər | |
|
|
Təltifləri |
|
Hüseyn Məmmədov (15 may 1900, Dırnıs, Ordubad rayonu – 24 noyabr 1970, Bakı) — dövlət xadimi, Sosialist Əməyi Qəhrəmanı (1948).
Həyatı
[redaktə | mənbəni redaktə et]Hüseyn Məmmədov gəncliyində Bakı neft mədənlərində fəhləlik etmişdir. Bakıda hərbi siyasi məktəbi bitirdikdən sonra 1925-ci ilədək orduda siyasi rəhbər işləmişdir.
Hüseyn Məmmədov 1920-ci ildə Kommunist Partiyasına üzv olmuş, 1930-cu ildən Qonaqkənd rayonu, 1934–1936-cı illərdə isə Masallı və Kürdəmir rayon MTS-lərində çalışmışdır. 1936–1938-ci illərdə Kürdəmir, sonra isə Qaryagin rayonu partiya komitəsinin katibi olmuşdur.
1938–1943-cü illərdə Azərbaycan SSR Xalq toxuculuq komissarının müavini olmuşdur. 1943–1951-ci illərdə Ağsu Rayon Partiya Komitəsinin katibi olmuşdur. 1951–1953-cü illərdə Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin 2-ci katibi, 1952–1963-cü illərdə Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin sədri – Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini olmuşdur.
Hüseyn Məmmədov 1947-ci ildə Ağsu rayonu üzrə planların yerinə yetirilməsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin (4-cü çağırış), Azərbaycan SSR Ali Sovetinin (1–6-cı çağırış) deputatı olmuş, dəfələrlə Azərbaycan KP MK üzvü seçilmişdir. 3 dəfə ""Lenin" ordeni", "Qırmızı Əmək Bayrağı", "Qırmızı Ulduz", "Şərəf nişanı" ordenləri və medallarla təltif edilmişdir.
Dırnıs kənd məktəbi Hüseyn Məmmədovun adınadır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- 15 mayda doğulanlar
- 1900-cü ildə doğulanlar
- Ordubad rayonunda doğulanlar
- 24 noyabrda vəfat edənlər
- 1970-ci ildə vəfat edənlər
- 70 yaşında vəfat edənlər
- Bakıda vəfat edənlər
- Bakıda dəfn olunanlar
- Sovet İttifaqı Kommunist Partiyasının üzvləri
- Sosialist əməyi qəhrəmanları
- "Lenin" ordeni ilə təltif edilənlər
- SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər
- "Qırmızı ulduz" ordeni ilə təltif edilənlər
- "Şərəf nişanı" ordeni ilə təltif edilənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- SSRİ Ali Sovetinin IV çağırış deputatları
- Naxçıvan MSSR Ali Sovetinin IV çağırış deputatları
- Naxçıvan MSSR Ali Sovetinin V çağırış deputatları
- Naxçıvan MSSR Ali Sovetinin VI çağırış deputatları
- Naxçıvan MSSR Ali Sovetinin VII çağırış deputatları
- Azərbaycan SSR Ali Sovetinin I çağırış deputatları
- Azərbaycan SSR Ali Sovetinin II çağırış deputatları
- Azərbaycan SSR Ali Sovetinin III çağırış deputatları
- Azərbaycan SSR Ali Sovetinin IV çağırış deputatları
- Azərbaycan SSR Ali Sovetinin V çağırış deputatları
- Azərbaycan SSR Ali Sovetinin VI çağırış deputatları
- Azərbaycan Kommunist Partiyası Füzuli Rayon Komitəsinin birinci katibləri
- Azərbaycan Kommunist Partiyası Ağsu Rayon Komitəsinin birinci katibləri
- Azərbaycan Kommunist Partiyası Qonaqkənd Rayon Komitəsinin birinci katibləri
- Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin sədrləri
- Azərbaycan Kommunist Partiyası Kürdəmir Rayon Komitəsinin birinci katibləri