Lofoten adaları

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Lofoten adaları
norv. Lofoten
Ümumi məlumatlar
Ümumi sahəsi 1227 km²
Hündür nöqtəsi 1161 m
Əhalisi 24.014 nəfər (2012-ci il)
Yerləşməsi
68°19′59″ şm. e. 14°39′59″ ş. u.
Ölkə  Norveç
Akvatoriya
Lofoten adaları xəritədə
Lofoten adaları
Lofoten adaları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lofoten adaları (norv. Lofoten) — Norveç dənizində, Norveçin şimal-qərbində yereləşən arxipelaq. Arxipelaqın sahəsi 1227 km², əhalisi 24 014 nəfər[1] (01. 06. 2013) təşkil edir.

Lofoten adı (q.skan. Lófót) ilk əvvəllər Vestvaqoya adasına şamil edilirdi. İlk kəlmə olan — "vaşaq", ikincisi isə — fótr "pillə" mənasını verir. Görünür bu adaların pilləvari quruluğu ilə əlaqədardır.

Lofoten adaları Norveç xəritəsində

Adalar olduqca qayalıqdır və bir-birindən ensiz boğazlara ayrılır. Maksimal hündürlüyü 1161 metrdir. Arxipelaq materikdən Vestfiordla ayrılır.

Ada bir neçə iri adadan və çoxlu sayda su səthi qayalardan ibarətdir.

1 dekabr 2007-ci ildə E10 avtomagistralı istifadəyə verilir. Bu magistral adaları körpü və tunellərlə bir-birinə birləşdirir

Əhalisinin əsas məşğuliyyəti Qoyunçuluq və balıqçılıqdır. Ən çox tuutulan balıq Atlantik treskasıdır.

Adaların qütb dairəsi daxilində yerləşməsinə və hatta Verxoyansk, Oymyakondan da şimalda yerləşməsinə baxmayaraq Qolfstrim cərəyanının hesabına havanın temperaturu ilin ən soyuq aylarında belə 0 °C-dən aşağı düşmür.

Şəxsiyyətləri

[redaktə | mənbəni redaktə et]
  • Herhard Şyoninq (1722–1780) — norveç-danimarkalı tarixçi.
  1. "Statistisk Sentralbyrå: Kvartalsvise befolkningsendringer 1. juli 2013". 2013-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-05.