Müsəlman Aktyorlar Cəmiyyəti

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Əbdürrəhim bəy Haqverdiyev

Müsəlman Aktyorlar CəmiyyətiAzərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda fəaliyyət göstərmiş peşəkar aktyor truppası.

NicatŞəfa maarifçilik cəmiyyətlərinin köməyi ilə yaradılmışdı. Truppanın fəaliyyətində Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Nəriman Nərimanov və b. yaxından iştirak etmişlər.

Cəmiyyət aktyorların peşəkarlığının yüksəldilməsinə, ustalığının təkmilləşdirilməsinə, onların yaradıcılıq inkişafına daim qayğı göstərirdi. Cəmiyyətin aktyor truppası Ə.Haqverdiyevin, N.Vəzirovun, Ü.Hacıbəylinin, Namiq Kamalın sərlərindən ibarət tamaşalar hazırlayır, xeyriyyə tamaşalarında iştirak edir, Bakı və onun ətraf rayonlarında çıxış edirdilər. Milli teatr sənətinin inkişafında cəmiyyətin aktyor truppasının mühüm rolu olmuşdur.

  • Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, II cild, Bakı, 2004.