Məşədi Əli Rəfiyev

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Məşədi Əli Rəfiyev
(Məşədi Əli Rəfioğlu)
Azərbaycan Dövlət Bankının Gəncə şöbəsinin sədri
1918 – 1920
Müsavat Partiyası Gəncə Təşkilatının sədri
SonrakıNəsib bəy Yusifbəyli
1910 – 1913
Şəxsi məlumatlar
Doğum tarixi 1886
Doğum yeri
Vəfat tarixi 9 sentyabr 1948(1948-09-09)
Vəfat yeri
Dəfn yeri
Partiya
Atası Hacı Məmmədhüseyn Rəfiyev
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məşədi Əli Rəfiyev və ya Əli Rəfioğlu (1886, Yelizavetpol9 sentyabr 1948, İstanbul) — Gəncə Şəhər Dumasının qlasnısı (1910–1913), Gəncə Dövlət Bankının sədri, Türk Ədəmi-Mərkəziyyət Firqəsinin (1917), daha sonra Müsavat Partiyasının üzvü, Müsavat Partiyasının Gəncə təşkilatının sədri, Müsavat Partiyasının xarici bürosunun üzvü və xeyriyyəçi.

Məşədi Əli Hacı Məmmədhüseyn oğlu Rəfiyev 1880-ci ildə Gəncədə anadan olub. İlk təhsilini Gəncənin "Şah Abbas" məscidi yanındakı mədrəsədə alıb. Sonra isə,Yelizavetpol klassik gimnaziyasını bitirib. Ticrətlə məşğul olmaqla yanaşı həm də siyasi fəaliyyəti də olub. Difai partiyasının Gəncə Komitəsinin üzvü olub.


Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin üzvü kimi xeyriyyəçilik fəaliyyəti göstərib. Gəncə general-qubernatorunun fərmanı ilə atası Hacı Məmmədhüseyn və qardaşı Abbasla birlikdə Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin fəxri üzvü seçilib.

1910-cu ildəki seçkilərdə “Nəşri-Maarif” cəmiyyətinin Gəncə şöbəsinin idarə heyətinə, 1909-1913-cü illər arasında Gəncə Şəhər Dumasına üzv seçilib.

Oturanlar soldan sağa: Şəfi bəy Rüstəmbəyli, Məhəmməd Əmin Rəsulzadə, Məşədi Əli Rəfiyev

Fevral inqilabından (1917) sonra siyasi fəaliyyətə qoşulmuş, Türk Ədəmi-Mərkəziyyət Firqəsinin, bu partiyanın Müsəlman Demokrat Partiyası "Müsavat" ilə birləşməsindən sonra isə Türk Ədəmi-Mərkəziyyət "Müsavat" Partiyasının fəal üzvlərindən olmuşdur.

Nəsib bəy Yusifbəylidən sonra Müsavat Partiyasının Gəncə təşkilatına rəhbərlik etmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk milli Azərbaycan Dövlət Bankının Gəncə şöbəsinin müdiri olmuşdur.

Aprel işğalından sonra qardaşları ilə birlikdə sovet-bolşevik rejiminə qarşı Gəncə üsyanınln təşkilində fəal iştirak etmişdir. Üsyan yatırıldıqdan sonra təqiblərdən qurtularaq Türkiyəyə mühacirət etmiş, Müsavat Partiyasının xarici bürosunun fəallarından olmuşdur.


Məşədi Əli bəy 1948-ci il sentyabrın 7-də dünyasını dəyişib. Fəriköy məzarlığında dəfn edilib.[1]

Qardaşı Musa bəy Rəfiyev Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının və Azərbaycan Cümhuriyyəti Milli Şurasının üzvü olub.[2] Azərbaycan Cümhuriyyətinin ikinci və beşinci hökumətlərində nazir vəzifəsini daşıyıb.[3][4] Azərbaycan Cümhuriyyəti ParlamentiMüsavat partiyasından seçilərək Maliyyə-büdcə komissiyasında fəaliyyət göstərib.[5][6] Gəncə üsyanının əsas təşkilatçılarından biri olub. Üsyan məğlub olduqdan sonra əvvəlcə İstanbula daha sonra isə Təbrizə mühacirət edib.[7][8]

Məşədi Əli Rəfiyev 1899-cu ildə Xədicə Rzayeva ilə ailə qurub. Bu evlilikdən 4 oğuları (Məhəmməd, Hüseyn, Səlim, İslam) və 3 qızları (Validə, Cəmilə, Şəfiqə) olub.[1] Gəncə klassik gimnaziyasının 10-cu sinfində oxuyan böyük oğlu Məhəmməd Rəfiyev Şamxor döyüşündə dünyasını dəyişib.[1] Gəncə üsyanından sonra Türkiyəyə mühacirət edən Məşədi Əli bəy bura oğulları Səlim və İslamı da gətirib. Daha sonra burada ikinci dəfə İsmayıl bəy Qaspıralının qızı Nigar xanımla ailə qurub.[1]




  1. 1 2 3 4 Əhməd, Dilqəm. "Qaspıralının qızı ilə evlənən azərbaycanlı – FOTO". Teleqraf.com (az.). 2019-05-16. İstifadə tarixi: 2024-06-05.
  2. Rəfiyev, Tofiq. "Муса Рафиев - один из создателей Азербайджанской Демократической Республики". 1news.az (rus). 2022-05-29. 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-29.
  3. Yaqublu, Nəsiman. Cümhuriyyət qurucuları (PDF) (az.). Bakı: Nurlar. 2018. 317. ISBN 978-9952-507-96-6. 2021-04-11 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-29.
  4. Адрес-календарь Азербайджанской Республики на 1920-й год. Баку, 1920 (PDF) (rus). Bakı: Nağıl evi. 2011. 273. ISBN 978995221073-6. 2021-01-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-14.
  5. Адрес-календарь Азербайджанской Республики на 1920-й год. Баку, 1920 (PDF) (rus). Bakı: Nağıl evi. 2011. 269. ISBN 978995221073-6. 2021-01-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-14.
  6. Azərbaycan Xalq Cümhuriyyəti: 1918-1920: Parlament (stenoqrafik hesabatlar) (az.). I. Bakı: Azərbaycan nəşriyyatı. 1998. 139. 2024-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-29.
  7. Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə Quberniyasından olan dövlət xadimləri (PDF) (az.). Gəncə: Elm nəşriyyatı. 2018. 191. 2022-12-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-29.
  8. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF) (az.). II. Bakı: Lider nəşriyyat. 2005. 306. ISBN 9952-417-44-4. 2015-10-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-29.