Mazıx

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Mazıx
41°39′19″ şm. e. 46°34′52″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Zaqatala rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 376 (2005) nəfər
Xəritəni göstər/gizlə
Mazıx xəritədə
Mazıx
Mazıx

Mazıx (2001-ci ilədək Matsex[1]) — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd.

Mazıx kəndində orta məktəb, həkim ambulatoriyası, klub, poçt, ATS, uşaq baxçası, baytarlıq dairəsi, asfalt zavodu, Beretbinə kəndində məscid, klub, kitabxana, feldşer-mama məntəqəsi, Qəbizdərə kəndində ibtidai məktəb, kitabxana, feldşer-mama məntəqəsi vardır.

Tarixi abidələr: Məscid, Qədim bürc, qəbristanlıq, Hücrə.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Mazıx kəndi, rayon mərkəzindən 5 km aralı, ZaqatalaBalakən şose yolunun yaxınlığında, Katex çayının sağ sahilində yerləşir. Qəbizdərə kəndi, Qazangül qəsəbəsi, Katex çayı ilə həmsərhəddir. Mazıx ərazi nümayəndəliyi 4 (Mazıx, Qəbizdərə, Beretbinə, Cicixana) kənddən ibarətdir.

Nümayəndəliyin ərazisi 1568 hektar.

Zaqatala şəhərindən 13 km uzaqlıqda yerləşən kənddə 376[2] evdə 1,500[2] nəfər əhali məskunlaşmışdır , onların 98%-ni avarlar təşkil edir .[2] Dini mənsubiyyəti müsəlman.

Nümayəndəlik RİHB-nın ərazi icra nümayəndəsi, Mazıx (Mazıx, Qəbizdərə və Cicixana kəndləri daxildir) və Beretbinə bələdiyyələri tərəfindən idarə olunur.

Əhalinin əsas məşğuliyyəti maldarlıq, meyvəçilik, əkinçilik, fındıqçılıqdır.

  1. "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklərin edilməsi haqqında Azərbaycan Respublikasının qanunu". 2014-07-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-01-21.
  2. 1 2 3 SİLESER (Summer Institute of Linguistics Electronic Survey Reports 2005) İnternational  :The Sociolinguistic Situation of the Avar in Azerbaijan Arxivləşdirilib 2012-01-06 at the Wayback Machine