Nigar Mirzəliyeva

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Nigar Mirzəliyeva — (28 aprel 2002 Mingəçevir, Azərbaycan) — Azərbaycanlı peşəkar qadın futbolçu. "Zenit" və Azərbaycanın qadınlardan ibarət milli yığmasının müdafiəçisi

Nigar Mirzəliyeva
Ümumi məlumatlar
Doğum tarixi (22 yaş)
Doğum yeri Mingəçevir, Azərbaycan
Vətəndaşlığı Azərbaycan
Təhsili Tam Orta Təhsil
Boyu 1.72[1]
Çəkisi 68[1] kq
Mövqeyi Müdafiçi
Əsas ayağı Hər ikisi
Komanda haqqında məlumat
Komanda Zenit
Nömrəsi 4
Karyerası
Gənclik karyerası
2012–2017 Mingəçevir
Klub karyerası[* 1]
2018–2020 Balxurma ? (?)
2020–2021 Marxal Şəki ? (?)
2021–2022 Kazan Rubin ? (?)
2022–h.h Zenit ? (?)
Milli yığma[* 2]
2017–2019 Azərbaycan U17 13 (1)
2019 Azərbaycan U19 3 (0)
2020–h.h Azərbaycan A Milli 23 (1)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.

Nigar Mirzəliyeva 28 aprel 2002-ci ildə Mingəçevir şəhərində anadan olub. [2]

İlkin illəri[redaktə | mənbəni redaktə et]

Nigar Mirzəliyeva, 2012-ci ildə Mingəçevirdə məşqlərə başlayıb. [2] Baş Məşqçisi İlqar Hüseynov idi. [3] O, doqquz yaşında olarkən “Bakcell” ilə futbol” proqramı çərçivəsində bir neçə ay “Mançester Yunayted”in akademiyasında təlim məşq proqramında iştirak edib.[2] Çox keçmədən — 2017-ci ildə Nigar Mirzəliyeva AFFA-nın Akademiyasında təhsil almağa başlayıb. [2]

Peşəkar karyerası[redaktə | mənbəni redaktə et]

Müdafiəçidir. [2] 2018-2019-cu ildə Balakənin "Balxurma" klubunda çıxış edib.[4] 2019—2020-ci illərdə isə, Şəkinin "Marxal" klubunda çıxış edib. Bu dövrdən sonra karyerasına legioner olaraq davam edib.

2021-ci oldə Kazanın “Rubin” klubunda çıxış edib. [2] Martın 14-də Super Liqada ilk rəsmi oyununu "Çertanovo Moskva" klubuna qarşı keçirdi. Ümumən "Rubin" klubunda 47 dəfə liqada 1 dəfə isə kubok oyununda iştirak etmişdir.

2022-ci ildə isə Rusiyanın “Zenit” klubu ilə ikiillik müqavilə imzalayıb.[2][5]

Milli Karyerası[redaktə | mənbəni redaktə et]

2017-ci ildə Azərbaycanın gənclər yığmasına dəvət alıb.[2] Millinin U17, U19 komandalarında oynayıb. [2] 2020-ci ildə əsas milli komandada debüt edib.[2]

Oyunların Xronologiyası[redaktə | mənbəni redaktə et]

Tarix Hadisə Dəqiqə Rəqib Yekun Hesab
05.12.2022 Qol 68 Farer adaları 1–0
Ümumi Qol:1

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "Arxivlənmiş surət". 2024-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-01.
  2. 1 2 3 4 5 6 7 8 9 10 "Azərbaycanlı futbolçu "Zenit"ə transfer oldu". Oxu.Az. 17 yan 2023. 2024-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-01.
  3. "'Hamı mənə deyirdi ki, qız hara, futbol hara'". www.yeniavaz.com. 2024-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-01.
  4. https://sportfm.az/31459-trkiy-klublarnn-futbolular-azrbaycan-ymasnda-.html
  5. "Nigar Mirzaliyeva (Zenit) - Oyuncu Profili - Flashscore.com.tr". www.flashscore.com.tr. 2024-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-01.