Nina Davıdenko

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Nina Davıdenko
Doğum tarixi 8 may 1933(1933-05-08)
Doğum yeri
Vəfat tarixi 15 mart 2024(2024-03-15)[1] (90 yaşında)
Vətəndaşlığı
Fəaliyyəti balerina
Təhsili
  • DABT Xareoqrafiya Məktəbi[d] (–1952)
Teatr
Mükafatları Belarus əmkədar artisti

Nina Stepanovna Davıdenko (belar. Марына Валер’еўна Вежнавец; 8 may 1933, Vitebsk[1]15 mart 2024[1]) — belarus və sovet balerinası, pedaqoqoqu, Belarus Respublikası Böyük Opera və Balet Teatrının aparıcı səhnə ustası, Belarus SSR əməkdar artisti (1955), Belarus SSR xalq artisti (1964).[2]

Həyatı[redaktə | mənbəni redaktə et]

Nina Davıdenko 8 may 1933-cü ildə Vitebskdə anadan olub.[3]

Ninanın uşaqlığı atası Stepan Davıdenkonun ictimai xidməti ilə əlaqəli olan müxtəlif şəhərlərdə gəzərək keçib. Nina Davıdenko ilk təhsilini 1933-cü ildə yaşadıqları Leninqradda almağa başıayıb. 1937-ci ildə ailə Rostov-na-Donuda yaşayıb. 1940-cı ildə Ninanın atası Hərbi Dəniz Qüvvələrinin Xalq Komissarlığına təyinat aldığı üçün ailə Moskvaya köçüb.

Ninanın baletlə ilk tanışlığı 1939-cu ildə Rostov-na-Donuda olub. Belə ki, anası qızını qala gecəsinə apardığı zaman, Ninanın orada gördüyü rəqslər onda güclü təəssürat yaradıb. Nina Davıdenko 1943-cü ildə evakuasiyadan yenicə qayıdan Moskva Xoreoqrafiya Məktəbinə (indiki Moskva Xoreoqrafiya Akademiyası) qəbul imtahanlarında iştirak edib və ora qəbul olub. Artıq təhsil aldığı müddətdə Nina Davıdenko sovet xoreoqrafları Asap Messerer və Kasyan Qoleyzovskinin çıxışlarında rəqs edirdi. Onun sinif yoldaşları arasında gələcək SSRİ xalq artistləri Marina Kondratyeva və Nikolay Fadeçev olub. Kolleci bitirdikdən sonra 1951-ci ildə təyinatla Nina Stepanovna Belarus SSR Dövlət Opera və Balet Teatrına (hazırda Belarus Dövlət Opera və Balet Teatrı) göndərilib və onun səhnəsində iyirmi ildən çox rəqs edib.[4]

Artıq 1953-cü ildə balerina Vasili Zolotaryovun "Məhəbbət nağılı" tamaşasında əsas rol olan Larisa xarakterini ifa edib. Bu əsər onun yaradıcılığının ilk zirvələrinə yol açıb. Daha sonra Nina Davıdenko Pyotr Çaykovskinin üç baletində baş rolları ifa edib. O, "Qu gölü" (Odette-Odil), "Şelkunçik" (Maşa) və "Yatan gözəl" (Avrora) əsərlərində unudulmaz rəqsi ilə yadda qalıb. 1955-ci ildə artıq balet solisti olduqdan sonra Belarusiya SSR-nin əməkdar artisti, 1964-cü ildə isə xalq artisti adına layiq görülüb. 1957-ci ildə Ümumittifaq Balet Müsabiqəsində mükafata layiq görülüb. Nina Stepanovna Davıdenko 1963-cü ildən Sov.İKP üzvüdür.[5]

1973-cü ildə Nina Stepanovna Davıdenko rəqqas karyerasını bitirdi. Lakin buna baxmayaraq, baletdən ayrılmadı. Sonrakı on il ərzində o, doğma qrupunda - Belarus Dövlət Opera və Balet Teatrıında müəllim-tərbiyəçi kimi çalışıb. Sonra Musiqili Komediya Teatrında eyni vəzifədə işləyib. Onun məşhur tələbələri arasında Belarusun xalq artisti İnessa Duşkeviç də var.[4] Nina Stepanovna 1977-ci ilin avqustundan 1978-ci ilin martına qədər Minsk Mədəniyyət İnstitutunda baş müəllim, sonra isə xoreoqrafiya kafedrasının müdiri vəzifəsində çalışıb.

Nina Davıdenko 1988-2000-ci illərdə - Respublika Həmkarlar İttifaqları Mədəniyyət Sarayının "Arabesk" klassik rəqs studiyasının bədii rəhbəri olub. Eyni zamanda o, Musiqi Akademiyasında dərs demiş, 1995-2003-cü illərdə “Qossitsa” folklor teatrında balet müəllimi olub.

2003-cü ildən ömrünün son günlərinə qədər Nina Stepanovna Davıdenko Belarus Xoreoqrafik Gimnaziya-Kollecində klassik rəqs müəllimi kimi fəaliyyət göstərib.[6][7]

Nina Stepanovna Davıdenko 15 mart 2024-cü ildə 91 yaşında vəfat edib. O, Minskin Şimal qəbiristanlığında dəfn olunub.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 https://rg.ru/2024/03/16/umerla-narodnaia-artistka-bssr-nina-davydenko.html.
  2. Давыденко, Нина Степановна; род. 1933
  3. "Ушла из жизни народная артистка Беларуси Нина Давыденко". www.belta.by (rus). 2024-03-15. 2024-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-15.
  4. 1 2 "Забытые легенды. Нина Давыденко". 2020-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-28.
  5. "ДАВЫДЕНКО Нина Степановна". 2020-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-28.
  6. "Преподаватели колледжа". 2020-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-28.
  7. "Нина Давыденко: Достичь можно почти всего, если поставить цель". 2020-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-28.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]