Noyenqamme həbs düşərgəsi
Noyenqam həbs düşərgəsi (alm. Konzentrationslager Neuengamme) - Üçüncü Reyx tərəfindən İkinci dünya müharibəsi dövründə Almaniyanın Hamburq şəhərində yaradılmış, 1938 - 1945-ci illərdə fəaliyyət göstərmiş Nasist həbs düşərgəsi. İkinci dünya müharibəsinin sonuna kimi düşərgədə 106 min nəfər şəxsin yarısı ölmüşdür.[1] Britaniya ordusunun işğalı nəticəsində isə SS qoşununun saxlanılma mərkəzi kimi istifadə olunmuşdur. Həmin ərazi hal-hazırda muzey kimi fəaliyyət göstərir.
İşgəncələr
[redaktə | mənbəni redaktə et]Düşərgədə məhbuslardan, əsasən, alman ordusuna məxsus silahların daşınmasında istifadə olunurdu. Onlar çətin mövqelərdəki ağır işlərə göndərilib istismar olunmuşdur. Mənbələrə görə 50 min insan bunlara dözməyərək həlak olmuşdur. Qadınlar isə bina və kanalların tikintisində zorla işlədirlirdi.
Qurbanlar
[redaktə | mənbəni redaktə et]Təxmini, 28 millətdən olan nümayəndələr, həmçinin yerli yəhudi məhbuslar saxlanılırdı. Bu siyahıya kommunistləri, homoseksualları, qaraçıları və s. əlavə etmək olar. 20 min şəxsin adı memorialda əks olunmuşdur.
Məhkumların sayı
[redaktə | mənbəni redaktə et]Ölkə | Kişilər | Qadınlar | Cəmi |
---|---|---|---|
SSRİ | 28,450 | 5,900 | 34,350 |
Polşa | 13,000 | 3,900 | 16,900 |
Fransa | 11,000 | 500 | 11,500 |
Almaniya | 8,800 | 400 | 9,200 |
Hollandiya | 6,650 | 300 | 6,950 |
Belçika | 4,500 | 300 | 4,800 |
Danimarka | 4,800 | - | 4,800 |
Macarıstan | 1,400 | 1,200 | 2,600 |
Norveç | 2,200 | - | 2,200 |
Yuqoslaviya | 1,400 | 100 | 1,500 |
Çexoslovakiya | 800 | 580 | 1,380 |
Yunanıstan | 1,250 | - | 1,250 |
İtaliya | 850 | - | 850 |
İspaniya | 750 | - | 750 |
Avstriya | 300 | 20 | 320 |
Lüksenburq | 50 | - | 50 |
İslandiya | 1 | - | 1 |
digər ölkələr | 1,300 | 300 | 1,600 |
Ümumi | 87,500 | 13,500 | 101,000 |
qeyri-rəsmi | - | - | 5,000 |
Qlobal miqyas | - | - | 106,000 |
Deportasiyada ölənlər | - | - | 55,000 |
Tarix
[redaktə | mənbəni redaktə et]1938
[redaktə | mənbəni redaktə et]13 dekabr 1938-ci ildə artıq Noyenqamın tikintisi başa çatmışdı və Zaksenhauzen həbs düşərgəsidən 100 məhbus gətirilmişdi.
1940
[redaktə | mənbəni redaktə et]Aprel 1940-cı ildə SS və Hamburq şəhəri Almaniyada fəaliyyət göstərən kərpic zavodu ilə müqavilə imzaladı. Bunun nəticəsində düşərgə genişləndi və müstəqil fəaliyyət göstərdi.
1942
[redaktə | mənbəni redaktə et]Şahidlərin sözlərinə görə həmin il 200 SSRİ əsgəri xüsusi qaz kameralarında öldürülmüşdür. Artıq Hamburqda ölənləri yandırmaq üçün krematoriya tikilmişdir.
1943
[redaktə | mənbəni redaktə et]Noyabr ayında düşərgəyə artıq ilk qadınlar gətirildi.
1944
[redaktə | mənbəni redaktə et]1944-cı ilin yayında Auşvits həbs düşərgəsindən onlarla qadın məhbus Noyenqama köçürüldü.Həmin ilin sonuna kimi düşərgədəki ümumi məhbus sayı 49 min idi.
1945
[redaktə | mənbəni redaktə et]15 mart 1945-ci ildə düşərgəyə Skandinaviyadan əsirlər gətirildi.Müharibənin son günlərində məhbuslar Almaniyanın işğal olunmamış bölgələrinə köçürülürdü. 2 may 1945-ci ildə sağ qalanlar Noyenqamı tərk etdi.
Müharibədən sonra
[redaktə | mənbəni redaktə et]Müharibənin ardınca düşərgə Britaniya qüvvələrinin nəzarətinə keçərək SS hərbi qulluqçularının və Nasist rəsmilərinin məhkəməyə qədər saxlanıldığı yer idi.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Verzeichnis der Konzentrationslager und ihrer Außenkommandos gemäß § 42 Abs. 2 BEG, Bundesministerium der Justiz, 2009-04-23 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: 2012-11-03