Polygon (jurnal)

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Polygon
Loqonun şəkli
Baş redaktor Zaur Babaşov
Növ hərbi
Tiraj 1500
Təsisçi Rəşad Süleymanov
Təsis tarixi "AZERİ DEFENCE" (fevral–oktyabr 2012; xəbər saytı olaraq)
"AZERİ DEFENCE" jurnal olaraq (oktyabr 2012–1 yanvar 2021; jurnal olaraq)
"POLİQON" (1 yanvar 2021-ci ildən jurnal olaraq)
İlk buraxılışı 30 aprel 2019 (2019-04-30)
Ölkə Azərbaycan Azərbaycan
Dil ingilis
polygonjournal.com

PolygonAzərbaycanda nəşr olunan ingilis dilli ilk hərbi texnoloji jurnal[1].

Azərbaycanda 2019-cu ilin aprel ayından nəşrə başlayan ingilis dilində hərbi texnologiya jurnalıdır. Jurnal Gürcüstan, Ukrayna, Türkiyə, Mərkəzi AsiyaPakistanda yayımlanır. Qeyd olunan regionlarda müxbir postları var. “SR Consulting və Media” MMC-nin təsis etdiyi POLYGON jurnalı Ədliyyə Nazirliyində 2019-cu ilin yanvar ayında dövlət qeydiyyatına alınıb[1].

Jurnal iki ayda bir dəfə olmaqla 1500 ədəd tirajla nəşr olunur. POLYGON jurnalının həftədə iki dəfə ingilis dilində region xəbərlərindən ibarət daycesti elektron formatda dünyanın müxtəlif ölkələrindən 7000-ə yaxın yerli və xarici abunəçiyə çatdırılır[1].

Azərbaycanda nəşr olunan ingilis dilli ilk hərbi texnoloji "Polygon" jurnalı. Jurnalın ilk beynəlxalq təqdimatı aprelin 30-da İstanbulda İDEF-2019 müdafiə sənayesi sərgisində keçirilib[1].

Jurnalın baş redaktoru Zaur Babaşovdur. POLYGON jurnalının Mərkəzi Asiya zonası üzrə təmsilçisi qismində Qazaxıstanın “Savdan”, Rusiya üzrə “World Media Business” şirkəti, Türkiyə üzrə Mehmet Demirkol, Pakistan üzrə “Arms Journal” və Ehteşam Bari çıxış edirlər.

  1. 1 2 3 4 "About". 2022-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-03.