Portal:Azərbaycan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Portal:Azərbaycan
Portal:Azərbaycan


Bayraq
Bayraq
Gerb
Gerb
Ərazisi
Ərazisi

Azərbaycan və ya rəsmi adı ilə Azərbaycan RespublikasıCənubi Qafqazda yerləşən dövlət. Azərbaycan Xəzər dənizi hövzəsinin qərbində yerləşir. Şimaldan Rusiya (Dağıstan), şimal-qərbdən Gürcüstan, qərbdən Ermənistan, cənub-qərbdən Türkiyə və cənubdan İran ilə həmsərhəddir. Azərbaycanın anklavı olan Naxçıvan Muxtar Respublikası Ermənistanla şimal-şərqdə, İranla qərbdə və Türkiyə ilə şimal-qərbdən həmsərhəddir. Azərbaycanın Xəzər dənizi sektorunda həmçinin Türkmənistan, Qazaxıstan, İran və Rusiya sərhədə malikdir.

Azərbaycan şərqdə ilk demokratik və dünyəvi dövlət qurmuşdur. Hazırda Azərbaycan qədim tarix və mədəniyyət irsinə malik dünyəvi və unitar dövlət olub, etnik türk və müsəlman çoxluğuna sahib ölkədir. Azərbaycan altı müstəqil türk dövlətindən biridir. Respublikanın 158 ölkə ilə diplomatik münasibəti var. Ölkəmiz 38 beynəlxalq təşkilatın üzvüdür.

Azərbaycan GUAM və Kimyəvi silahdan istifadə qadağası təşkilatlarının təsisçilərindən biridir. 1993-cü ilin sentyabrından Müstəqil Dövlətlər Birliyinin üzvüdür. 9 may 2006-cı ildə Azərbaycan yeni yaradılan BMT insan haqları assambleyasına üzv oldu. Səlahiyyətli nümayəndəlik 19 iyul 2006-cı ildən başlayıb. Azərbaycan həmçinin BMT, ATƏT, Avropa ŞurasıNATO-nun sülh naminə tərəfdaşlıq proqramının üzvüdür. Bundan əlavə ölkə Birləşməyənlər Hərəkatı, Beynəlxalq Ticarət Təşkilatı və Beynəlxalq Elektrorabitə İttifaqında müşahidəçi statusuna malikdir.

Azərbaycan haqqında ətraflı …
redaktə
 Seçilmiş məqalə                                                                              redaktə

Azərbaycan mədəniyyəti (az-əbcəd. آذربایجان مدنیتی‎) — Azərbaycanda yaşayan xalqlarıntarixən mövcud olmuş dövlətlərin mədəniyyəti. Azərbaycanda mədəniyyətin inkişafına tarixən regionda baş verən siyasi və hərbi hadisələr və Azərbaycanın Şərqlə Qərbi birləşdirən ərazidə yerləşməsi təsir edib. Azərbaycan Şərqi AvropaQərbi Asiyadadır, Avropa Şurasının üzvüdür. XV əsrdə Azərbaycan mədəniyyətinin iki mərkəzi formalaşır: Cənubi AzərbaycanAşağı Qarabağ. XVI–XVIII əsrlərdə bu mədəniyyət mərkəzlərinin formalaşması başa çatır. XIV–XV əsrlərdəki Azərbaycan mədəniyyətinin mənbəyindən danışılanda yadda saxlanmalıdır ki, Azərbaycan ədəbiyyatı və mədəniyyətin digər hissələri ayrılmaz surətdə dil ilə bağlıdır.




 Yaxşı məqalə                                                                              redaktə

Azərbaycan Respublikasının bayrağıAzərbaycan Respublikasının rəsmi simvollarından (himngerblə birlikdə) biri. Bayraq ilk dəfə 9 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilmişdir. 5 fevral 1991-ci ildə bayraq həmin il müstəqilliyini elan etmiş Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanda hər il Dövlət Bayrağı Günü qeyd olunur.


''Seçilmiş Şəkil''                                                                              redaktə
Heydər Əliyev Mərkəzinin gecə görüntüsü.
Seçilmiş bioqrafiya                                                                              redaktə

Heydər Əliyev — Azərbaycanın görkəmli dövlət xadimi, Azərbaycan Respublikasının üçüncü Prezidenti. Heydər Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək sovet dövrü ierarxiyasına uyğun olaraq respublikanın rəhbəri olmuşdur.


Sitatlar                                                                              redaktə
" Qələm əyri yonulsa da düz yazar. "
Azərbaycan atalar sözü


Vikisitatda Azərbaycan atalar sözləri



Bilirdinizmi...                                                                              redaktə


Kateqoriyalar                                                                              redaktə

Azərbaycan kateqoriyaları

Bütün alt kateqoriyalar üçün "+" klikləyin:


Panorama                                                                              redaktə
Bakı qalasının və Filarmoniya bağının panoramı



Əlaqəli portallar                                                                              redaktə

Cənubi Azərbaycan

Türkiyə

Gürcüstan

İran

Rusiya

Türkmənistan

Özbəkistan

Qazaxıstan


Portal:Европа
Portal:Европа
Portal:İslam
Portal:İslam
Portal:Asiya
Portal:Asiya
Portal:Afrika
Portal:Afrika
Avropa İslam Asiya Afrika


Digər resurslar                                                                              redaktə
Azərbaycan Vikixəbərdə  Azərbaycan Vikisitatda  Azərbaycan Vikikitabda  Azərbaycan Vikimənbədə  Azərbaycan Vikilüğətdə  Azərbaycan Vikiversitetdə  Azərbaycan Vikianbarda
Xəbərlər Sitatlar Dərsliklər və təlimat kitabçaları Mətnlər Sözlər Dərs resursları Mediafayllar