Portal:Teatr

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
redaktə  

"Həyat bir səhnədir, teatrdan fərqli olaraq burada hər kəs özünü oynayır "

Üçüncü zəng çalınır, pərdə qalxır...

Teatr portalına
Xoş Gəlmişsiniz!


redaktə  

Pyeslər

İblis  — Pyesdə hadisələr Birinci Dünya müharibəsi zamanı Yaxın Şərqdə baş verir. Əsərin baş qəhrəmanı Arif insani və romantik bir gəncdir. İblisin obrazına müraciət edən Hüseyn Cavid, maddi zənginlik üçün ruhlarını şeytana satan insanları təsvir edirdi.[7] Müəllifə görə, ruhlar azad deyil, şeytan tərəfindən əsir tutulmuşdur. Məhz pis ruh insanların ruhuna hakimdir; hansılar üçün həyatda maddi məhsullar əsas stimuldur. Pyesdə Cavid tərəfindən qarşılanmayan ədalətsiz, qəddar, qanlı bir döyüş əks olunur.


redaktə  

Rejisorlar

Konstantin Stanislavski (1863–1938) — aktyor, rejissor, SSRİ xalq artisti. O, uzun illər boyu inkar olunub. Bir vaxtlar ondan qaçmağa can atanlar sonradan özləri də bilmədən ona yaxınlaşıb və ömürlük onun cazibə çərçivəsindən çıxa bilməyiblər. Zəngin və təhsilli nəsldən olan bu insan üçün gözəl səslənən "Stanislavski" soyadı yad idi. Bu, Konstantin Sergeyeviç Alekseyevin 1885-ci ildə götürdüyü səhnə təxəllüsü idi. Onun ailəsi Tretyakov qardaşları və fərdi rus operasının yaradıcısı Savva Mamontovla qohum idi. "Mənim incəsənətdəki həyatım" adlı kitabında Konstantin Stanislavski yazır ki, atası Sergey Vladimiroviç Alekseyev təmiz rus, anası Yelizaveta Vasilyevna Alekseyeva isə ata tərəfdən rus, ana tərəfdən isə fransız olub. O, öz dövrünün ən məşhur aktrisası Varleyin qızı olub...


redaktə  

Aktyorlar

Mərziyyə Yusif qızı Davudova (25 noyabr 1901, Həştərxan-6 yanvar 1962, Bakı) — tatar əsilli Azərbaycan aktrisası. XX əsrin 20-ci illərinə kimi Azərbaycan səhnəsi aktrisa tapa bilmirdi. Uzun illər qadın rollarını min cür maneə və təhqirə məruz qalan, sənət yanğılı kişi aktyorlar ifa ediblər. Sonra bir müddət özgə millətin aktrisaları böyük çətinliklərə dözərək zəif çiyinlərini bu ağır yükün altına verdilər. Beləliklə də Azərbaycan qadınlarının səhnəyə doğru gələn yolu qorxudan, qandan, ölümdən, maneədən qurtulmağa başladı. Təsadüfi deyildir ki, o illər səhnəyə gələn qadınlar haqqında görkəmli sənətşünas Mehdi Məmmədov belə yazırdı: "Azərbaycan aktrisasının səhnəyə gəlişi, bu sənət meydanında qələbələr çalması qəhrəmanlıq dastanıdır". Bu dastanın ilk səhifələrini Əzizə xanım və onun qızı Sona Hacıyeva yazdı. Bu aktrisaların sırasında Mərziyyə xanım Davudovanın da öz yeri vardı. O, Azərbaycan səhnəsinin ən qüdrətli aktrisası sayılırdı. 1901-ci ildə Həştərxanda anadan olmuş Mərziyyə Davudova ilk rolunu oynayanda 16 yaşı vardı. O, Həştərxanda İqbal məktəbində "Birinci Teatr" adlı ikipərdəli tamaşada (1917-ci il) Əfifə rolunu yaratmışdır. Səhnəyə böyük həvəsli yeniyetmə Mərziyyəni ilk dəfə görüb istedadını kəşf edən unudulmaz Hüseyn Ərəblinski olub. O, 1918-ci ildə Həştərxanda qastrolda olarkən bu gənc qızın oyununu bəyənmiş və onu Bakıya dəvət etmişdi.


redaktə  

Teatrlar

San-Karlo teatrı (it. Teatro di San Carlo) — İtaliyanın Neapol şəhərində yerləşən dünyanın və İtaliyanın ən tanınmış opera binalarından biri. 4 noyabr 1737-ci ildə açılmışdır. San-Karlo teatrı Avropanın hal-hazırda istifadə edilən ən qədim lirik opera binalarındandır və Neapol şəhəri ilə birlikdə UNESCO-nun Ümumdünya irsi siyahısına salınmışdır.

SanCarloCanonhd.jpg
San-Karlo teatrının interyeri


redaktə  

Təqvim

May


redaktə  

Dramaturqlar

Viktor-Mari Hüqo (fr. Victor Marie Hugo; 26 fevral 1802, Fransa- 22 may 1885, Fransa) — böyük fransız yazıçı, dramaturq, şair, publisist. Utopik realizmin ən nüfuzlu nümayəndələrindən biri. Hüqo başlıca olaraq özünün poetik və dramatik əsərləri ilə şöhrət qazanmışdır. Nəzm əsərləri arasında "Düşüncələr" (Les Contemplations) və "Əsrlərin əfsanəsi" (Légende des siècles) kimi poemaları daha məşhurdur. Dünya oxucularının isə ən çox bəyəndiyi əsərləri yəqin ki, "Səfillər" (Les Misérables, epopeya) və "Notrdam qozbeli" (Notre-Dame de Paris), "Edam məhkumunun son günü" romanlarıdır.


redaktə  

Şəkil qalereyası


Teatr Vikixəbərdə  Teatr Vikisitatda  Teatr Vikikitabda  Teatr Vikimənbədə  Teatr Vikilüğətdə  Teatr Vikiversitetdə  Teatr Vikianbarda
Xəbərlər Sitatlar Dərsliklər və təlimat kitabçaları Mətnlər Sözlər Dərs resursları Mediafayllar