Portal (memarlıq)

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Şartr kafedral kilsəsinin portalı

Portal (lat. porta — qapı, darvaza) — iri tikililərin arxitektur tərtibata malik əsas girişi[1][2]. Adətən detallı ornamentlərlə işlənmiş geniş çərçivəyə malik olur, amma sadə tərzdə də hazırlana bilər.

"Portal" anlayışı həm də kaminin dekorla işlənmiş ön hissəsini və tunnellərin giriş-çıxışlarını ifadə etmək üçün də işlədilir.

Qədim Misir və antik dövr memarlığı üçün yastı bəndli və sadə bəzəkli, qədim Mesopotamiya tikililəri üçün tağlı portal xarakterik olmuşdur. XI əsrdən roman, rotika və qədim rus memarlığında içəriyə doğru çıxıntılarla daralan portallar, Renessans və barakko dövrlərində üzərində antablementfronton daşıyan pilyastr və sütunlarla haşiyələnmiş portallar geniş yayılmışdır[3].

Azərbaycanda haşiyəli, sivri açırım içərisində yerləşən kiçik girişdən ibarət, incə bəzəkli portal kompazisiyası tətbiq olunmuşdur. Yaxın və Orta Şərq memarlığında yayılmış qoşa minarəli portal kompozisiyasının Azərbaycanda yarandığı ehtimal edilir[3].

  1. Ching, Francis. A Visual Dictionary of Architecture. New York: Van Nostrand Reinhold. 1997. ISBN 0-442-02462-2.
  2. В. Г. Власов. Иллюстрированный художественный словарь. СПб.: Икар. 1993. səh. 173.
  3. 1 2 Azərbaycan Sovet Ensiklopediyası, VII cild. Bakı, 1983. səh.603