Qarahəsənli (Şərur)

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Qarahəsənli
39°28′ şm. e. 44°58′ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Qarahəsənli xəritədə
Qarahəsənli
Qarahəsənli

QarahəsənliAzərbaycanın Şərur rayonunda kənd.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Eyniadlı bələdiyyənin mərkəzi.Rayon mərkəzindən 10 kilometr aralı, Arpaçayın Araza töküldüyü yerdədir.Orta məktəb,mədəniyyət evi feldşer-mama məntəqəsi var.Araza yaxın yerdə əhalini su ilə təmin edən nasos stansiyası qurulmuşdur.[1]

SSRİ dövründə Babəki, Çərçiboğan, Arbatan, Dərvişlər, KeştazSovetabad kəndləri ilə birlikdə "SSRİ-nin 50 illiyi" adına kolxozda birləşmişdir[2].

Şərur rayonunun Dərvişlər i.ə.v. də kənd . Düzənlikdədir. Kəndin adı yerli əhalinin dilində Qarasannı kimi tələfüz edilir.Oykonim etnotoponim hesab edilir. Keçən əsrin 40 cı illərində Krım vilayətində Karasan adlı 3 yaşayış məntəqəsi qeydə alınmışdır.[3]

Əhalisi və məşğuliyyəti

[redaktə | mənbəni redaktə et]

Əhalisi 907 nəfərdir.(2009 - cu il)[4] Əhali Heyvandarlıq,yemçilik,əkinçilik,taxılçılıq,bostançılıq və tərəvəzçiliklə məşğuldur.

Kənddə məktəb binası 1971-ci ildə tikilmişdir[5]..

1982-ci ildə kəndə qaz və su kəməri çəkilib[5].

Tanınmış şəxsləri

[redaktə | mənbəni redaktə et]
  • Kərim Kərimov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
  1. Naxçıvan ensiklopediyası.II cilddə.I cild.Naxçıvan.2005.
  2. Məmməd Oruc. "Araz sahilində keçən gün..." "Yurdun ulu daşları" kitabı, Bakı, "Gənclik", 1988, səh. 72.  (az.)
  3. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
  4. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
  5. 1 2 Məmməd Oruc. "Araz sahilində keçən gün..." "Yurdun ulu daşları" kitabı, Bakı, "Gənclik", 1988, səh. 82.  (az.)