Səfa Mirzəyev
Səfa Mirzəyev | |
---|---|
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 12 may 1952 (72 yaş) |
Doğum yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Səfa Mirzəyev (tam adı: Mirzəyev Səfa Abbas oğlu; 12 may 1952, Bakı) — Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri(1997-2022), Həqiqi dövlət müşaviri; hüquqşünas, hüquq üzrə fəlsəfə doktoru, dosent; Azərbaycan Respublikasının əməkdar dövlət qulluqçusu.[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]Səfa Mirzəyev 1952-ci il mayın 12-də anadan olub.[2]
Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
1978–1990-cı illərdə Bakı Dövlət Universitetində müəllim, baş müəllim, dekan müavini və dosent vəzifələrində çalışıb. Hüquq üzrə fəlsəfə doktorudur.
1990–1992-ci illərdə SSRİ Konstitusiya Nəzarəti Komitəsində komitə üzvü kimi fəaliyyət göstərib.[2]
1992-ci ildən Milli Məclis Aparatında işləyir. Ali Sovet Katibliyinin hüquq təminatı və nəzarəti şöbəsinin müdiri, katibliyin rəisi, baş katibi, Milli Məclis Katibliyinin rəhbəri olub.[2]
6 fevral 1997-ci ildən Milli Məclis Aparatının rəhbəri idi.[3]
1995-ci ildə Azərbaycan Respublikasının yeni konstitusiya layihəsini hazırlayan komissiyanın üzvü olmuşdur.[4]
11 may 2012-ci ildə Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir.[5]
11 may 2022-ci ildə Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.[6]
13 may 2022-ci ildə Milli Məclisin Aparat rəhbəri vəzifəsindən azad edilib. O, son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.[7]
Kitabları
[redaktə | mənbəni redaktə et]- Mirzəyev S.A. Qanunçuluq və hüquq qaydaları. — Bakı, 1980.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan Respublikasında dövlət qulluğunda fərqlənən şəxslərə "Əməkdar dövlət qulluqçusu" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı[ölü keçid]
- ↑ 1 2 3 "SƏFA MİRZƏYEV YUBİLEYİNDƏ TƏLTİF OLUNDU". MEDİA FORUM (az.). mediaforum.az. 2012-05-12 - 13:41:00. İstifadə tarixi: 2014-10-28.[ölü keçid]
- ↑ "Aparatın rəhbəri:Səfa Abbas oğlu Mirzəyev". Azərbaycan Respublikasının Milli Məclisi (az.). meclis.gov.az. 2007. 2022-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-28.
- ↑ "Azərbaycan Respublikasının yeni konstitusiya layihəsini hazırlayan komissiyanın tərkibi haqqında ARMM Qərarı". 2018-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-29.
- ↑ S.A. Mirzəyevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı[ölü keçid]
- ↑ S.A.Mirzəyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- ↑ "Səfa Mirzəyev təqaüdə göndərilib". 2022-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-20.
- 12 mayda doğulanlar
- 1952-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Bakıda doğulanlar
- Yeni Azərbaycan Partiyasının üzvləri
- 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilənlər
- "Şöhrət" ordeni ilə təltif edilənlər
- Azərbaycan Respublikasının əməkdar dövlət qulluqçuları
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan hüquqşünasları
- Azərbaycanlı hüquqşünaslar
- Hüquq üzrə fəlsəfə doktorları