Sultanhəmid Hacıbalayev

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Sultanhəmid Hacıbalayev
bayraq
Azərbaycan Kommunist Partiyası Qusar Rayon Komitəsinin birinci katibi
bayraq2
1970 – 1987
Şəxsi məlumatlar
Doğum tarixi 3 yanvar 1937(1937-01-03)
Doğum yeri
Vəfat tarixi 3 yanvar 2009(2009-01-03) (72 yaşında)
Dəfn yeri
Təhsili
Fəaliyyəti siyasətçi

Sultanhəmid Şahmərdan oğlu Hacıbalayev (3 yanvar 1937, Həzrə, Hil rayonu3 yanvar 2009) — Azərbaycan SSR Ali Sovetinin VIII, IX, XXI çağırış deputatı, Azərbaycan Kommunist Partiyası Qusar Rayon Komitəsinin birinci katibi.

Sultanhəmid Hacıbalayev 3 yanvar 1937-ci ildə tarixində Həzrə kəndində kəndli ailəsində anadan olmuşdur, milliyətcə ləzgidir. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu və Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin yanında Ali Partiya Məktəbini bitirmişdir.

O, 3 yanvar 2009-cu il tarixində vəfat etmişdir.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1960-cı ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur.

1957–1965-ci illərdə Naxçıvan MSSR Dövlət Plan Komitəsinin mühəndis-iqtisadçısı, Naxçıvan MSSR yerli sənaye nazirinin müavini, 1965–1970-ci illərdə Naxçıvan MSSR Dövlət Plan Komitəsi sədrinin müavini, Xalq Nəzarəti Komitəsinin sədr müavini vəzifələrində işləmişdir.

1970–1987-ci illərdə Azərbaycan Kommunist Partiyası Qusar Rayon Komitəsinin birinci katibi vəzifəsində işləmişdir.

VIII çağırış Azərbaycan SSR Ali Sovetinin səhiyyə və ictimai təminat komissiyasının və Azərbaycan Kommunist Partiyası təftiş komissiyasının üzvü olmuşdur.

  • Султанһәмид Шаһмәрдан оғлу Һаҹыбалајев // Азәрбајҹан ССР Али Советинин депутатлары. Он биринҹи чағырыш. Бакы: Азәрбајҹан ССР Али Совети Рәјасәт Һеј'әтинин нәшри. 1985. С. 397.