Tanasimus formikarus

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Tanasimus formikarus
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
???:
Tanasimus formikarus
Beynəlxalq elmi adı
  • Thanasimus formicarius

Tanasimus formikarus (lat. Thanasimus formicarius) — Buğumayaqlılar tipinin Sərtqanadlılar dəstəsinin Alabəzək böcəklər fəsiləsinə aid olan növ.

Xarici quruluşu[redaktə | mənbəni redaktə et]

Bu yırtıcı böcək, alaböcək fəsiləsindən olub, Abşeron ərazisində geniş yayılmışdır. Zərərvericilərdən tüklü maralca və qabıqyeyən böcəklərin sayının ağaşağı düşməsində mühüm rol oynayır və böyük təsərrüfat əhəmiyyətinə malikdir.

Bir sıra müəlliflər tərəfindən geniş öyrənilmişdir. Rusiyada ondan bioloji mübarizədə istifadə edilməsi tövsiyə edilmişdir. Azərbaycanda isə ilk dəfə ksilofaqların perspektiv yırtıcısı kimi öyrənilmişdir. Tanasimus formikarus böcəyi 7–10 mm uzunluqdadır. Bədəni qırmızı-qara rəngdədir. Qanadlarının üstündə ağ rəngdə kəmər olur.

Həyat tərzi[redaktə | mənbəni redaktə et]

Yırtıcı böcəklər aprelin axırı və mayın əvvəllərində uçmağa başlayırlar. Elektrik işığına yığışmağa çox həssasdırlar. Bu müddət (aprel, may), qışlamadan çıxan zərərvericilərdən tüklü böcəklər və qabıqyeyən böcəklər yumurta qoymağa başladıqları ərəfəyə təsadüf edir. Yırtıcı böcək tanasimus, imaqo mərhələsində ağacların qabığı altında qışlayır. Aprelin axırı və mayın əvvəlində qışlamadan çıxan yırtıcı böcəklər bağ və meşə sahələrinə, park və xiyabanlara yayılırlar. Cütləşmədən 5-6 gün sonra yumurta qoymağa başlayırlar. Yumurtalar adətən sahibin yumurta qoyduğu qabığın altına və çiçəklərin içərisinə qoyulur. Yumurta mərhələsi 8-12 gün çəkir.

Yumurtaların sayı 20-60-dək olur. Ədəbiyyat məlumatlarına əsasən tanasimus böcəyi 11-115-dək yumurta qoya bilir.

Yumurtalardan çıxan sürfələrə mayın axırlarında və iyunun əvvəllərində rast gəlinir. Sürfələrin rəngi sarımtıl-ağ və ya sarımtıl-çəhrayı olur. Onlar dörd yaş dövrü keçirir. Sürfənin inkişafı 55-60 gün çəkir. Payızda (oktyabr-noyabr) alabəzək böcəklər ağacların kök hissəsinə miqrasiya edərək nazik barama içərisində orada da qışlayırlar.

Müəyyən edilmişdir ki, 14 saat ərzində yırtıcı böcək tüklü böcəyin 6-8 yumurtası və qabıqyeyən böcəyin 3-4 sürfəsi ilə qidalanmışdır. 16 saat ərzində isə tüklü maralçanın 8 ədəd yumurtası və 3-4 ədəd sürfəsi ilə qidalanmışdır. Kütləvi uçuş müddətində (15-18 iyun) isə demək olar ki, 30-35 % qabıqyeyən böcəyi və 15-20% tüklü maralçanı məhv edir. Böyük təsərrüfat əhəmiyyəti vardır.

Yayılması[redaktə | mənbəni redaktə et]

Palearktikanın meşə hissələrində geniş yayılmışdır. Azərbaycanda Abşeronda geniş yayılmışdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]