Valentina Aslanova

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Valentina Aslanova
Doğum tarixi (79 yaş)
Doğum yeri Tbilisi, Gürcüstan SSR, SSRİ
Vətəndaşlığı
Fəaliyyəti aktrisa
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1976
IMDb ID1301354

Aslanova Valentina Vasilyevna (16 may 1945, Tbilisi) — Aktrisa, Azərbaycan SSR əməkdar artisti (23.12.1976)[1], RF-nin əməkdar artisti (2000);

Valentina Aslanova 1945-ci il mayın 16-da Tbilisidə anadan olmuşdur. 1962-1966-cı illərdə Moskva Bədaye Teatrının məktəb-studiyasında təhsil almışdır. A. Puşkin adına Moskva Dram Teatrında və N. Qoqol adına Moskva Dram Teatrında çalışmışdır. 1973-cü ildən Ordu Teatrında fəaliyyət göstərməyə başlayıb.

Kino fəaliyyətinə isə 1966-cı ildən başlayıb. O, «Şərq dəhlizi» (1966), «Qeyri-adi gün» (1972), «Ələ keçirmə» (1986), «Azərbaycanfilm»də «Sevil» (1970), «Var olun, qizlar!» (1972), «Ürək...ürək» (1976) filmlərində müxtəlif rollarda çıxış etmişdir.

  1. Sevil (film, 1970)
  2. Var olun, qızlar... (film, 1972)
  3. Ürək... Ürək... (film, 1976)