Vilen Azatyan
Vilen Azatyan | |
---|---|
Doğum tarixi | 24 mart 1931 (93 yaş) |
Doğum yeri | |
Elm sahəsi | fiziki kimya |
Elmi dərəcələri | |
Elmi adları |
|
Təhsili |
|
Mükafatları |
Vilen Vaqarşoviç Azatyan (rus. Вилен Вагаршович Азатян; 24 mart 1931, İrəvan) — Rusiya kimyaçısı, Rusiya Elmlər Akademiyasının müxbir üzvü (2000-ci ildən). O, fiziki kimya, partlayış və piroliz, bu proseslərə nəzarətin əsaslarının və üsullarının işlənib hazırlanması sahəsində mütəxəssisdir.[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]Vilen Vaqarşoviç Azatyan 25 mart 1931-ci ildə Ermənistan SSR-in İrəvan şəhərində anadan olmuşdur. O, 1954-cü ildə Moskva Dövlət Universitetinin kimya fakültəsini bitirmişdir. Azatyan 1978-ci ildə "Budaqlanmış zəncirli proseslərin yeni qanunauyğunluqları və nəzəriyyənin yeni aspektləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. O, 1982-ci ildən Rusiya Elmlər Akademiyasının Struktur Makrokinetika İnstitutunda Zəncirvari və Heterofaz prosesləri laboratoriyasının müdiridir. Azatyan 1985-ci ildə professor elmi adına layiq görülmüşdür. O, 2000-ci ildə Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.[2] Azatyan 2008-ci ildə Ermənistan Milli Elmlər Akademiyasının xarici üzvü seçilmişdir.[3]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Энциклопедический словарь. 2009. АЗАТЯН Вилен Вагаршович.
- ↑ "Персональная страница - Азатян Вилен Вагаршович - Персональные данные". ism.ac.ru. 3 August 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2022.
- ↑ "Национальная академия наук Республики Армения". sci.am. 30 September 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2022.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- "Азатян Вилен Вагаршович (ИС АРАН)". isaran.ru. İstifadə tarixi: 2017-7-22.
- 24 martda doğulanlar
- 1931-ci ildə doğulanlar
- Yaşayan uzunömürlülər
- İrəvanda doğulanlar
- Kimya elmləri doktorları
- Professorlar
- Moskva Dövlət Universitetinin Kimya fakültəsinin məzunları
- "Əmək igidliyinə görə" medalı ilə təltif edilənlər
- "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə alimlər
- Rusiya kimyaçıları