Vitold Zqlenitski

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Vitold Zqlenitski
pol. Witold Zglenicki
Digər adı Polşalı Nobel
Doğum tarixi
Doğum yeri Mazoviya, Polşa
Vəfat tarixi (54 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vəfat səbəbi Şəkərli diabet
Dəfn yeri
Milliyyəti Polyak
Fəaliyyəti mesenat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vitold Zqlenitski (pol. Witold Zglenicki; 6 yanvar 18503 iyul 1904, Bakı) — Azərbaycan polyaklarından olan məşhur mesenat.

Həyatı[redaktə | mənbəni redaktə et]

1850-ci ildə Polşanın Mazoviya vilayətində Varqava Stara kəndində anadan olub.[1][2] 1859-1866-cı illərdə Plotsk Qubernator Gimnaziyasında təhsil alıb.[3] 1866-cı ildə Varşava İqtisadiyyat Məktəbinə daxil olub.[3] 1870-ci ildə Varşava İqtisadiyyat Məktəbinin riyaziyyat-fizika fakültəsini, 1875-ci ildə isə Peterburq Dağ-Mədən İnstitutunu birinciliklə bitirib.[4] 1875-ci iiyulun 5-də mədəndə işləmək üçün Kieltse quberniyasında yerləşən Suxednyova təyinat alır.[5] 1876-cı il mayın 15-də Mroçkovda yerləşən metallurgiya zavoduna müdir təyin olunub.[6] 3 il burada işlədikdən sonra 1879-cu il martın 15-də titul asessoru, 1883-cü il avqustun 12-də isə kollej asessoru vəzifəsinə təyin olunub.[7]




Polşada, daha sonra isə Riqada işləyib. Vitold Zqlenitski 1891-ci ildə Bakıya köçüb və ömrünün sonuna qədər burada fəaliyyət göstərib.[8]

Bakıya köçdükdən sonra burada neftin çıxarılması üsullarının modernləşdirilməsi ilə məşğul olub.[9] Təkcə qazma platforması konsepsiyasını deyil, həm də qazma işini asanlaşdırmaq üçün bir sıra ixtiralar, məsələn, neft quyularının əyriliyini ölçmək üçün cihaz və valları daha sürətli və daha böyük dərinliklərə qazmağa imkan verən texniki həllər hazırlayıb.[3] Xəzər dənizinin dibində bir neçə neft yatağının yerini müəyyən edib.[10] Neftin dənizin dibindən çıxarılması ilə bağlı bir neçə təklif versə də bu qəbul olunmayıb.[3] 1900-cü ildə göstədiyi fəaliyyətiə görə Qacar şahı Müzəffərəddin şah Qacar tərəfindən "Şiri-Xurşid" ordeni ilə təltif olunub.[4]1901-ci ildə Çar Rusiyası tərəfindən mülki rütbə olan kollej asessoru rütbəsi alıb.[4]

O, öz vəsiyyətində neft yataqlarından əldə etdiyi gəliri elmin və xeyriyyəçiliyin inkişafına ayırıb. Zqlenitskinin təşəbbüsü ilə, Bakıda su kanalının tikintisinə başlanılıb. Elmi kitabxananın büdcəsinə 1000 rubl pul köçürüb. Onun və Rılski qardaşlarının dəstəyi ilə Bakıda 1912-ci ildə Müqəddəs Bakirə Məryəmin kosteli tikilib. Aprel işğalından sonra 1938-ci ildə dağıdılıb.

Vitold Zqlenitski 1904-cü il iyulun 6-da şəkərli diabet xəstəliyindən vəfat edib. Cənazəsi Polşaya aparılıb və Vola Kielpinska qəbiristanlığında dəfn olunub.[11]

Zqlenitski, öz var-dövlətinin elmin və maarifin inkişafına sərf olunmasını vəsiyyət etmişdir. Bakı şəhərində tərəfindən görülən işləri yüksək qiymətləndirilmiş, mesenat fəaliyyətinə görə Polşalı Nobel adını almışdır.

Öz ölümcül xəstəliyindən (o dövrdə şəkər xəstəliyini müalicə etmək mümkün deyildi) xəbər tutan o vəsiyyətnamə hazırlayıb. Neft sahələrindən gələn gəlirini, Polşa elminə dəstək olan "Yuzef Myanovski Fondu"na və digər xeyriyyəçi təşkilatlara vəsiyyət edib.[4][12]

Xatirəsi[redaktə | mənbəni redaktə et]

1963-cü ildə Polşanın Plotsk şəhərində neft emalı zavodundan şəhərin mərkəzinə doğru gedən küçəyə Vitold Zqlenitskinin adı verilib.[13] Vitold Zqlenitski haqqında 1973-cü ildə rejissor Rişard Badovski "Qafqaz bioqrafiyası",[14] 1988-ci ildə rejissor Vladislav Vasilevski "Vitold Zqlenitski və digərləri",[15] 2008-ci ildə isə resjissor Adam Roqala "Polşalı Nobel" filmini çəkiblər.[16]

1975-ci ildə Plotsk Elmi Birliyinin müraciəti ilə Plotsk şəhərində heykəli qoyulub.[3] 1989-cu ildən Polşada Vitold Zqlenitski adına Gimnaziya fəaliyyət göstərir.[3][17] 2003-cü ildə hədəfi məktəblərə, universitetlərə və tədqiqat mərkəzlərinə dəstək olmaq olan "Vitold Zqlenitski" elmi fondu yaradılıb.[3]

2012-ci il iyunun 13-də Azərbaycan və Polşa arasında diplomatik əlaqələrin qurulmasının 540 illiyi münasibətilə Polşada yerləşən Zqlenitski adına məktəbdə Vitold Zqlenitskinin xatirəsinə memorial lövhənin açılışı olub. Memorial lövhə Polşada yerləşən Azərbaycan səfirliyinin təşəbbüsü ilə qoyulub.[18]

2024-cü ildə Milli Azərbaycan Tarixi Muzeyində Vitold Zqlenitski haqqında "Polşalı Nobel" adlı kitabən təqdimatı olub.[19] Kitabın müəllifi Andjey Yan Xodubskidir.[20]

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Xodobski, Andjey Yan. Mədənçi, geoloq Vitold Zqlenitski (1850-1904). Polşalı Nobel (az.). Bakı. 2023. 16.
  2. "Polonia Baku". www.polonia-baku.org. 2024-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-22.
  3. 1 2 3 4 5 6 7 "Witold Zglenicki - naukowiec, przedsiębiorca, filantrop". Instytut De Republica (polyak). İstifadə tarixi: 2024-05-31.
  4. 1 2 3 4 Trębski, Krzysztof. "Polska roponośna". Wprost (polyak). 2005-12-19. İstifadə tarixi: 2024-05-31.
  5. Xodobski, Andjey Yan. Mədənçi, geoloq Vitold Zqlenitski (1850-1904). Polşalı Nobel (az.). Bakı. 2023. 34.
  6. Xodobski, Andjey Yan. Mədənçi, geoloq Vitold Zqlenitski (1850-1904). Polşalı Nobel (az.). Bakı. 2023. 35.
  7. Xodobski, Andjey Yan. Mədənçi, geoloq Vitold Zqlenitski (1850-1904). Polşalı Nobel (az.). Bakı. 2023. 38.
  8. "Unveiling the Forgotten Legacy: Witold Zglenicki and Azerbaijan's Oil Industry". turan.az (ingilis). 2024-04-22. İstifadə tarixi: 2024-05-31.
  9. "Witold Zglenicki – wynalazca platformy wiertniczej". histmag.org. İstifadə tarixi: 2024-05-31.
  10. ""Father of Baku oil" - Polish engineer with great merits for the Azerbaijani oil and gas sector". turan.az (ingilis). 2024-05-31. İstifadə tarixi: 2024-05-31.
  11. Əli, Anar. ""Polşalı Nobel" kitabının təqdimatı keçirilib". Xalqqazeti.az (az.). 2024-02-21. 2024-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-22.
  12. "Witold Zglenicki - biography". wmgaz.pl. İstifadə tarixi: 2024-05-31.
  13. "130 lat temu zaczęła się kariera Witolda Zglenickiego - "polskiego Nobla"". Nauka w Polsce (polyak). 2024-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-22.
  14. "Kaukaski życiorys (1973)". filmweb.p. 2024-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-22.
  15. "FilmPolski.pl". FilmPolski (polyak). 2021-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-22.
  16. "Polski Nobel". filmweb.pl. 2023-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-22.
  17. "Polşa məktəblərində Azərbaycan mövzusuna maraq (FOTO)". Trend.Az (az.). 2015-07-02. 2024-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-22.
  18. "Memorial plaque to Witold Zglenicki who played important role in development of Azerbaijan`s oil industry unveiled in Poland". Azərbaycan Dövlət İnformasiya Agentliyi. 2012-06-13. İstifadə tarixi: 2024-05-31.
  19. "Azərbaycanın neft-qaz sektorunun yaradıcılarından olan polşalı geoloq haqqında kitab hazırlanıb". Report İnformasiya Agentliyi (az.). 2024-02-20. 2024-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-22.
  20. ""Polşalı Nobel" adlı kitabın təqdimat mərasimi keçirilib". 525-ci qəzet. 2024-02-21. 2024-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-22.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]