Vladimir Zayets
Vladimir Zayets | |
---|---|
| |
Şəxsi məlumatlar | |
Tam adı | Vladimir Vladimiroviç Zayets |
Vətəndaşlığı | Azərbaycan |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
İdman növü | Yüngül atletika |
Vladimir Vladimiroviç Zayets (4 may 1981; Bakı, Azərbaycan SSR) — Azərbaycanı təmsil edən yüngül atlet. 2008 və 2012-ci illərdə baş tutan Paralimpiya Oyunlarında medallara sahib olub.
Həyatı
[redaktə | mənbəni redaktə et]Vladimir Zayets 1981-ci il mayın 4-də Bakı şəhərində anadan olub.
Karyerası
[redaktə | mənbəni redaktə et]2008-ci ilin avqust ayında Vladimir Zayets Çində baş tutan XIII Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Uzunluğa tullanma turnirində 6.80 metr nəticə ilə dördüncü pillənin sahibi olan Vladimir Zayets, üçtəjanla tullanma turnirində 15.00 metr nəticə ilə bürünc medala sahib oldu.
Azərbaycan Prezidenti İlham Əliyevin 16 fevral 2011-ci il tarixli Sərəncamına əsasən Vladimir Vladimiroviç Zayets "Tərəqqi" medalı ilə təltif edildi.[1]
Daha sonra Vladimir Zayets 2012-ci ilin avqust ayında Birləşmiş Krallıqın London şəhərində baş tutan XIV Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Üçtəjanla tullanma turnirində 15.01 metr nəticə ilə gümüş medala sahib olan Vladimir Zayets, 4x100 metr məsafəyə estafet turnirində 42.92 saniyə nəticə ilə bürünc medala sahib oldu.
Azərbaycan Prezidenti İlham Əliyevin 14 sentyabr 2012-ci il tarixli Sərəncamına əsasən XIV Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Vladimir Vladimiroviç Zayets Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edildi.[2]
Azərbaycan Prezidenti İlham Əliyevin 6 sentyabr 2021-ci il tarixli Sərəncamına əsasən XVI Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Vladimir Vladimiroviç Zayets 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif edildi.[3]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycanın paralimpiya idmançılarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 16 fevral 2011-ci il tarixli Sərəncamı". www.azertag.az ( (az.)). 30.09.2022. 2022-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.09.2022.
- ↑ Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Milli Paralimpiya Komandasının üzvlərinin təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 14 sentyabr 2012-ci il tarixli Sərəncamı". www.azertag.az ( (az.)). 30.09.2022. 2022-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.09.2022.
- ↑ Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Milli Paralimpiya Komandasının üzvlərinin təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 6 sentyabr 2021-ci il tarixli Sərəncamı". www.azertag.az ( (az.)). 06.09.2022. 2022-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.08.2022.
- Yaşayan insanlar
- 4 mayda doğulanlar
- 1981-ci ildə doğulanlar
- 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif edilənlər
- "Tərəqqi" medalı ilə təltif edilənlər
- Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilənlər
- Əlifba sırasına görə idmançılar
- Azərbaycanın paralimpiya atletləri
- 2008 Yay Paralimpiya Oyunlarında yüngül atletlər
- 2008 Yay Paralimpiya Oyunlarında medal qazananlar
- 2012 Yay Paralimpiya Oyunlarında yüngül atletlər
- 2012 Yay Paralimpiya Oyunlarında medal qazananlar
- Paralimpiya medalına sahib Azərbaycan idmançıları
- Azərbaycan paralimpiyaçıları