Yuxarı Seyidlər

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Yuxarı Seyidlər
40°21′40″ şm. e. 47°30′50″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 755 nəf.
Xəritəni göstər/gizlə
Yuxarı Seyidlər xəritədə
Yuxarı Seyidlər
Yuxarı Seyidlər

Yuxarı SeyidlərAzərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 14 iyul 1998-ci il tarixli, 524-IQ saylı Qərarı ilə Zərdab rayonunun Yuxarı Seydlər kəndi Bıçaqçı kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Yuxarı Seyidlər kənd inzibati ərazi vahidi yaradılmışdır.[1]

Yuxarı Seyidlər kəndinin ərazisində Seyid Şahmərdan adlı ziyarətgah mövcuddur. Tarixi mənbələrdə Azərbaycanda yayılmış Seyidlər adlanan yaşayış məntəqələrinin ilk sakinlərinin Cənubi Azərbaycandan türkləşmiş halda gələn seyidlər olduğu iddia olunur[2].

Yuxarı Seyidlər kəndi Zərdab şəhərindən 33 kilometr şimal-qərbdə, Kür çayının yuxarı axarında yerləşir. Ərazisi 1767,45 hektardır.

Əhalisi 810 nəfərdir.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Kəndin əhalisi əsasən heyvandarlıq, taxılçılıq, yemçilik, quşçuluq, meyvəçilik, pambıqçılıq, bostançılıq, balıqçılıq və s. ilə məşğul olur.

Kənddə kitabxana, klub, poçt şöbəsi, mədəniyyət evi fəaliyyət göstərir.

Kənddə orta məktəb fəaliyyət göstərir.

Kənddə məscid mövcuddur.

Kənddə tibb məntəqəsi mövcuddur.

  1. "Azərbaycan Respublikasının Qazax, Qəbələ, Zərdab, Neftçala, Samux və Şəmkir rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 14 iyul 1998-ci il tarixli, 524-IQ saylı Qərarı". 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-01.
  2. "Yuxarı Seyidlər kəndi". 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-16.