Zaur bəy Daqirov

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Zaur bəy Daqirov
Zaur bəy Yusif oğlu Daqirov
Doğum tarixi (122 yaş)
Doğum yeri Vladiqafqaz, Rusiya imperiyası

Zaur bəy Daqirov (tam adı: Zaur bəy Yusif oğlu Daqirov; d.11.5.1902, Şimali Osetiya, Vladiqafqaz - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarı ilə dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri.

Zaur Daqirov 1902-ci ildə Şimali Osetiyanın paytaxtı Vladiqafqazda anadan olmuşdu. 1918-ci ildə Tiflis kadet korpusunu bitirmişdi. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini etnoqrafiya sahəsində davam etdirmək üçün Paris Universitetinə (Fransa) göndərilmişdir.[1]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, "Lider nəşriyyat", Bakı-2004, səh. 299