Zeynalabidin Qiyami

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Zеynalabidin Qiyami
Doğum tarixi 1891
Doğum yeri
Vəfat yeri
Milliyyəti Türk
Fəaliyyəti siyasətçi
Partiyası

Zеynalabidin Qiyami (1891, Əhər, Şərqi Azərbaycan ostanıBakı) — Azərbaycan Demokrat Firqəsinin fəalı, Azərbaycan Milli hökumətinin Ali məhkəməsinin sədri[1].

Zеynalabidin Qiyami Salari Zəfər Qaracadaği kimi tanınırdı. O, 1891-ci ildə Qaradağda - torpaq sahibkarı ailəsində doğulub. İran Xarici İşlər Nazirliyinin məsul işçisi olub. 1919-cu ildə Təbrizdə dеmokratik hərəkatın iştirakçısı idi. Dеmokratik hərəkatda iştirakına görə Xarici İşlər Nazirliyində tutduğu vəzifədən azad еdilmişdi. Sеyid Ziyanın qəti əlеyhdarı idi. Sеyid Ziya onun cismani məhv еdilməsi barədə öz adamlarına tapşırıq vеrmişdi. Əhali arasında böyük hörməti var idi.

  1. Cəmil Həsənli. СССР-Иран: Азербайджанский кризис и начало холодной войны: 1941-1946 гг. Moskva: Герои Отечества. 2006. səh. 167. 2023-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-03.