Çasov Yar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çasov Yar
Çasov Yar şəhərində yerləşən Avanqard stadionu.
Çasov Yar şəhərində yerləşən Avanqard stadionu.
Gerb[d]
Bayraq[d] Gerb[d]
48°34′ şm. e. 37°50′ ş. u.
Ölkə Ukrayna Ukrayna
Region Donetsk vilayəti
Rayon Baxmut rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 230 m
Saat qurşağı
Əhalisi
Əhalisi 12.500 nəfər (2023)
Digər
chasovrada.gov.ua
Çasov Yar xəritədə
Çasov Yar
Çasov Yar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çasov Yar (ukr. Часів Яр) - Ukraynanın Donetsk vilayətinin Baxmut rayonunda yerləşən şəhər. Çasov Yar Baxmut şəhərindən[1] 10 kilometr qərbdə yerləşir və eyni adlı bölgənin inzibati mərkəzini təşkil etməkdədir. 2022-ci ilin yanvar ayına olan məlumata əsasən şəhərdə 12.250 nəfər əhali yaşamaqda idi.[2] Siverski Donets - Donbas kanalı Çasov Yarın şərqindən keçir. Şəhərin kiçik bir hissəsi – Kanal mikrorayonu şəhərin şərq hissəsində yerləşməkdədir.

Tarixi[redaktə | mənbəni redaktə et]

1938-ci ildə yaşayış məntəqəsi şəhər tipli qəsəbə statusu almışdır. İkinci Dünya müharibəsi zamanı, 1941-ci ilin oktyabrından 1943-cü ilin sentyabrına qədər şəhər Berlin-Roma-Tokio oxu tərəfindən işğal edilmişdir. Müharibədən sonra şəhərin bərpasına başlanılıb.

1957-ci ildə şəhərdə odadavamlı gil çıxaran müəssisə, odadavamlı materiallar istehsalı müəssisəsi, dörd orta məktəb, iki yeddiillik məktəb, texniki peşə məktəbi, iki Mədəniyyət sarayı, 14 kitabxana, dörd klub və iki stadion fəaliyyət göstərirdi.[3]

1989-cu ilin yanvar ayında əhalinin sayı 19.804 nəfərə çatıb, müharibənin başlamasına qədər iqtisadiyyatın əsasını odadavamlı gillərin çıxarılması və odadavamlı məhsulların istehsalı təşkil etmişdir. 2013-cü ilin yanvar ayına olan məlumata görə şəhərdə 14 min nəfərə yaxın əhali yaşayıb.[4]

Rusiya–Ukrayna müharibəsi fonunda şəhər[redaktə | mənbəni redaktə et]

border=none Əsas məqalə: Baxmut döyüşü
border=none Əsas məqalə: Çasov Yar döyüşü

2022-ci ilin fevral ayında Rusiya–Ukrayna müharibəsi başlanan vaxt şəhərin sabiq meri şəhərdən qaçıb. Şəhərin idarəetməsi Sergey Çausun rəhbərliyi altında Çasov Yar hərbi administrasiya adı ilə yenidən təşkil edilib.[5] Sergey Çaus seçkilər vasitəsi ilə rəhbər vəzifəyə təyinat almasa da, şəhər əhalisi tərəfindən qeyri-rəsmi bələdiyyə başçısı kimi qəbul edilməkdədir. Çaus şəhər əhalisini şəhəri tərk etməyə çağırıb, ancaq bəzi vətəndaşlar şəhəri tərk etməyiblər.[6]

2022-ci ilin 9 iyul tarixində şəhər Rusiya Quru Qoşunları tərəfindən raket zərbələrinə məruz qalıb və nəticədə şəhərin dəmiryolu vağzalı dağılıb.[7] Hücumlar nəticəsində bir sıra yaşayış binasına da ciddi ziyan dəyib.[8] Həmin gün yaşayış məntəqəsinə endirilmiş raket zərbəsi nəticəsində ən azı 48 nəfər həlak olub.[9][10][11]

2022-ci ilin 9 iyul tarixində şəhər Rusiya Quru Qoşunları tərəfindən endirilmiş raket zərbələrindən sonra şəhərin dəmiryolu vağzalında baş vermiş yanğın.

2023-cü ilin 16 yanvar tarixində Soledarın, 20 yanvarda isə Klişçivika şəhərlərinin itirilməsindən sonra Çasov Yar Ukrayna qoşunları üçün nəfəslik rolunu oynamağa başlayıb. Belə ki, Ukrayna Silahlı Qüvvələri üçün yeganə təchizat marşutu Çasov Yar şəhəri üzərindən həyata keçirilməkdə idi.[12][13][14] Şəhər Baxmutun işğal edilməsindən sonra Ukrayna üçün əsas toplama və döyüşlərin idarə edilməsi məntəqəsi rolunu oynamağa başlayıb. Müharibədən əvvəl şəhərdə yaşayan 15 min nəfərə yaxın əhalinin sayı 2023-cü ilin mart ayına olan məlumata əsasən 1.500 nəfərə qədər azalıb.

Şəhər yenidən qruplaşma mövqeyi rolunu oynadı, burada ukraynalı qoşunlar Baxmuta daxil olub-çıxdı, onlara istirahət və tədarük üçün vaxt verdi. Müharibədən əvvəlki 15.000 əhalidən 2023-cü ilin martına qədər şəhərdə yalnız 1500-ə yaxın sakin qalmışdı.[15] Şəhərdə qalmağa qərar vermiş vətəndaşlar, əsasən yanmış binaların zirzəmilərində yaşamaq məcburiyyətində qalıblar.

Müharibədən sonra şəhərdəki mağazalar sürətlə bağlanmağa başlayıb və şəhər əhalisi əsasən kənardan göndərilmiş humanitar yardımların hesabına gündəlik dolanmasını təmin etmək məcburiyyətində qalıb.[16] Şəhərə göndərilmiş yardımların böyük hissəsi 2023-cü ilin 10 mart tarixində Birləşmiş Millətlər Təşkilatı Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi tərəfindən göndərilmiş humanitar təyinatlı yardımlar təşkil etməkdədir.[17]

2023-cü ilin 14 mart tarixində ağ fosforlu mərmilər şəhərin cənub hissəsindən keçən yola atılıb. 25 mart tarixində şəhərin atəşə tutulması nəticəsində bir mülki şəxs həlak olub.[18] 2023-cü ilin aprel ayına olan məlumata əsasən şəhərdə bir necə yüz mülki əhali qalmaqda idi.[19]

2023-cü ilin 7 may tarixində Rusiya Quru Qoşunları tərəfindən qəsəbədəki Ukrayna ordusunun mövqeləri istiqamətində edilmiş hücum uğursuzluqla nəticələnib.[20] 8, 9 və 10 may tarixlərində edilmiş oxşar hücumların qarşısı da Ukrayna ordusunun döyüşçüləri tərəfindən dəf edilmişdir.[21][22][23] 9 may 2023-cü ildə Agence France-Pressein əməkdaşı, fransız jurnalist Arman Soldin Rusiya Silahlı Qüvvələrinin Çasov Yara endirdiyi növbəti raket zərbələri nəticəsidə həlak olub. Arman Soldinin ölümü ilə 2022-ci ilin qışında başlamış müharibədə həlak olan jurnalistlərin sayı 15-ə çatıb.[24][25][26]

Rusiya Silahlı Qüvvələri Baxmut döyüşü nəticəsində Baxmutu tam işğal etdikdən sonra Çasov Yar istiqamətində cinahlardan hücumlara başlayıb.[27] Çasov Yarda yaramış vəziyyət qısa zamanda şəhərin Ukrayna qüvvələri üçün möhkəmləndirilmiş irəli artilleriya bazasına çevirmişdir. 2023-cü ilin avqust ayına olan məlumata əsasən şəhərdə qalmış əhali yay aylarında məhsul üçün bağlarda becərdikləri qidalarla dolanıblar və bu konteksdə humanitar yardımlara nisbətən az müraciət ediblər.[28][29]

Donetsk vilayətinin qubernatoru Pavlo Kyrylenko bildirib ki, şəhər iyulun 23-də Rusiyanın kasetli sursatların zərbəsinə məruz qalıb.[30] 10 sentyabr tarixində Donbasdakı mülki şəxslərə yardım göstərən İspaniya mərkəzli Road to Relief adlı QHT-nin 4 əməkdaşının içində olduğu avtomobil Rusiya qüvvələri tərəfindən atəşə tutulub. QHT əməkdaşlarının əraziyə səfər etməkdəki məqsədi mümkün ehtiyacları qiymətləndirmək və ayrılmış resusların düzgün istiqamətdəki xərclənməsini təmin etmək idi. Baş vermiş gözlənilməz hücum nəticəsində QHT-nin direktoru İspaniya vətəndaşı Emma İgual və Kanada vətəndaşı Entoni İqnat öldürülüb.[31][32]

2023-cü ilin 26 dekabr tarixində Rusiya Silahlı Qüvvələrinin Çasov Yar şəhəri istiqamətində geniş miqyaslı hücum əməliyyatları başlayıb.[33] Ukrayna Silahlı Qüvvələrinin yeni təyin olunmuş baş komandanı Aleksandr Sırskinin sözlərinə görə, Rusiya 2024-cü ilin 3 yanvar tarixindən etibarən Çasov Yar istiqamətində quru hücumlarını bərpa edib. Sırski bildirib ki, rus qoşunları şəhərin şimalında, Bohdanivka kəndi yaxınlığında böyük hücuma keçib.[34] Şəhərdə qalan 700-dən bir qədər çox əhali əsasən yaşlı sakinlərdən ibarətdir. Həmin sakinlərin sözlərinə görə Çasov Yar Rusiya qüvvələrinin əlinə keçəcəyi təqdirdə Ukrayna qüvvələri ilə birlikdə şəhərdən evakuasiya edilmək istədiklərini ifadə ediblər.[35]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Christmas in a Bomb Shelter for Orthodox Ukrainians". Agence France-Presse. 9 January 2023. 18 February 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 February 2023Kyiv Post vasitəsilə.
  2. "Чисельність наявного населення України на 1 січня 2022" [Number of Present Population of Ukraine, as of January 1, 2022] (PDF) (ukrayna və ingilis). Kyiv: Ukrayna Dövlət Statistika Xidməti. July 4, 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: April 12, 2024.
  3. Часов Яр // Большая Советская Энциклопедия. / редколл., гл. ред. Б. А. Введенский. 2-е изд. том 47. М., Государственное научное издательство «Большая Советская энциклопедия», 1957. стр.57
  4. "Чисельність наявного населення України на 1 січня 2013 року. Державна служба статистики України. Київ, 2013" (PDF). 2013-10-12 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2021-08-16.
  5. Nazarova, Anna. "Сергій Чаус — декларація: скільки заробив голова Часового Яру за 2022 рік" [Serhiy Chaus - declaration: how much did the chairman of Chasiv Yar earn in 2022]. freeradio.com.ua (ukrayna). 2023-12-15. 2024-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-02.
  6. Engel, Richard; Smith, Marc; Smith, Patrick. "A new life, a death and an escape: Three hours in the line of Russian fire". NBC News. 2023-02-18. 2023-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 April 2023.
  7. "Russian strikes on Donetsk region: a man taken from under the rubble, and a railway station burned down". Ukrainska Pravda. 2022-07-09. 2022-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-12.
  8. Voitenko, Anna. "Russian rockets hit apartment block, killing at least 15". Reuters. 2022-07-10. 2022-07-10 tarixində arxivləşdirilib.
  9. "Під завалами в Часовому Яру знайшли ще одну людину: загиблих уже 48". РБК-Украина (ukrayna). 2022-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-13.
  10. "48 человек, в том числе ребенок, погибли при обрушении пятиэтажки после ракетного обстрела в городе Часов Яр" [48 people, including a child, died when a five-storey building collapsed after a rocket attack in the town of Chasov Yar.]. bbc.com (rus). BBC News | Russian Service. 2022-07-13. 2022-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-13.
  11. Hunder, Max. "Emergency services: Death toll from collapsed Donbas apartment block rises to 43". Reuters. 2022-07-12. 2022-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-12.
  12. "Russia Pours Fighters Into Battle for Bakhmut". The New York Times. 1 February 2023. 1 February 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 April 2024.
  13. Guerin, Orla. "Ukraine war: Borrowed time for Bakhmut as Russians close in". BBC News. Government of the United Kingdom. 8 February 2023. 10 February 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 February 2023.
  14. Engel, Richard. "Ukraine's defiant city struggles to hold out as Russia pushes for a bloody victory". CBS News. Paramount Global. 9 February 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 February 2023.
  15. "Bloodied And Muddied: Ukrainian Troops Fighting For Bakhmut Regroup In Chasiv Yar". Radio Free Europe/Radio Liberty. 28 March 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 March 2023.
  16. Williamson, Hunter. "How Many People Will Be Left in Chasiv Yar?". whowhatwhy.org. 29 March 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 March 2023.
  17. "Ukraine: UN aid trucks reach frontline town of Chasiv Yar". Birləşmiş Millətlər Təşkilatı. 29 March 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 March 2023.
  18. "Russians shell Chasiv Yar and Toretsk, killing two people". Yahoo!. 29 March 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 March 2023.
  19. "As the battle approaches, a Ukrainian city girds itself for survival" (ingilis). 2023-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-10.
  20. "Russian Offensive Campaign Assessment, May 7, 2023". Institute for the Study of War. 8 May 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 May 2023.
  21. "Russian Offensive Campaign Assessment, May 10, 2023". Institute for the Study of War. 4 June 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 May 2023.
  22. "Russian Offensive Campaign Assessment, May 9, 2023". Institute for the Study of War. 10 May 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 May 2023.
  23. "Russian Offensive Campaign Assessment, May 8, 2023". Institute for the Study of War. 10 May 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 May 2023.
  24. "French journalist Arman Soldin killed in rocket attack in Ukraine". Aljazeera.com. 27 May 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 August 2023.
  25. Radford, Antoinette. "Ukraine war: French journalist killed near Bakhmut". BBC. 16 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 August 2023.
  26. "AFP Journalist Arman Soldin Killed by Rocket Fire in Eastern Ukraine". Voice of America. 6 August 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 August 2023.
  27. Osborn, Andrew. "Explainer: How important is Wagner's claimed capture of Bakhmut?". Reuters. 2023-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 August 2023.
  28. Davies, Guy; Longman, James; Pshemyskiy, Oleksiy; Kaminski, Kuba. "Life in Chasiv Yar: The Ukrainian town in the Russian firing line". WJBD-FM. ABC. İstifadə tarixi: 6 August 2023.
  29. de Vega, Luis. "Life in Chasiv Yar, the prelude to Bakhmut's hell". El País. 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 August 2023.
  30. Khrebet, Alexander. "Governor: Aid center in Donetsk Oblast hit by Russian cluster munitions". Kyiv Independent. Yahoo! News. 6 August 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 August 2023.
  31. "'He was my friend': Canadian volunteer reportedly killed in Ukraine by Russian attack". Toronto Star. 16 October 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 September 2023.
  32. "Foreign volunteers' car struck by Russian artillery in Chasiv Yar: 2 killed, 2 wounded". Kyiv Independent. 13 September 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 September 2023.
  33. Устяхина, Валентина. "Срочно! Битва за Часов Яр началась: ВСУ на последнем издыхании". 19rusinfo.ru (rus). 2023-12-27. 2024-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-21.
  34. "Russians push toward Chasiv Yar as fighting ongoing in east, says Ukrainian general". The New Voice of Ukraine. 15 April 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 February 2024.
  35. Prodayvoda, Oleksiy. "Residents Endure Constant Shelling As Russian Forces Zero In On Frontline Chasiv Yar". Radio Free Europe. 18 February 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 February 2024.