Çasov Yar döyüşü

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keçin Axtarışa keçin
Rusiya–Ukrayna müharibəsi
2022-ci ildə Rusiya Hərbi Hava Qüvvələri tərəfindən endirilmiş raket zərbələrindən sonra Çasov Yar şəhərində yaranmış vəziyyət.
2022-ci ildə Rusiya Hərbi Hava Qüvvələri tərəfindən endirilmiş raket zərbələrindən sonra Çasov Yar şəhərində yaranmış vəziyyət.
Tarix 6 aprel, 2024[1] - davam edir
Yeri Çasov Yar, Donetsk, Ukrayna
Münaqişə tərəfləri

Rusiya

Ukrayna

Komandan(lar)

Valeri Gerasimov

Aleksandr Sırski

Tərəflərin qüvvəsi

Quru Qoşunları
Rusiya HHQ

Quru Qoşunları

Çasov Yar döyüşü (ukr. Бої за Часів Яр) - Rusiya–Ukrayna müharibəsinin tərkib hissəsi olaraq Ukraynanın Donetsk vilayətində yerləşən Çasov Yar şəhərinə nəzarəti əldə etmək uğrunda Rusiya Quru QoşunlarıUkrayna Quru Qoşunları arasında 2024-cü ilin 6 aprel tarixindən etibarən başlamış döyüşlər.[2][3][4][5][6]

Arxa plan[redaktə | mənbəni redaktə et]

Ukraynanın Donetsk vilayətində yerləşən Baxmut şəhəri Rusiya Quru Qoşunları tərəfindən tam işğal edildikdən sonra qonşuluqda yerləşən Çasov Yar şəhəri yeni cəbhə halına çevirilib. Qısa müddət ərzində Ukrayna qüvvələri cəbhə xəttindəki gərgin vəziyyəti stabilləşdirməyə nail olublar və 2023-cü ildə baş vermiş əks-hücumlar zamanı rus qüvvələri Baxmutun cinahları boyunca geri çəkilmək məcburiyyətində qalıblar.[7]

2024-cü ilin fevral ayında Avdeyevka döyüşü Rusiya Quru Qoşunlarının qələbəsi ilə başa çatdıqdan sonra rus birləşmələri Baxmutun qərb hissəsindən Çasov Yara doğru yeni hücum həmlələrinə başlayıblar.[8] Çasov Yar Avdeyevka döyüşündən sonra rusların yeni hədəfi olaraq müəyyənləşdirilib.[9] 8 fevral tarixində iki nizami ordu arasında sözügedən şəhərdə uzun müddətdən sonra ilk mövqe döyüşləri baş tutub.[10]

2023-cü ilin 23 iyul tarixində Rusiya Hərbi Hava Qüvvələri tərəfindən gerçəkləşdirilmiş bombardımdandan sonra Çasov Yardakı mədəniyyət sarayının vəziyyəti.

17 fevral tarixində Rusiya Quru Qoşunları tərəfindən qarşı tərəfin mövqeləri ODAB-1500 tipli termobarik bombalardan istifadə edilməklə bombardıman edilib.[11][12]

Xortitsa əməliyyat-strateji qrupunun sözçüsü İlya Yevlaş 27 fevral tarixində verdiyi açıqlamasında Çasov Yar şəhərinin şərqində yerləşən Bohdanivka kimi yaşayış məntəqələrinin hədəf alındığını açıqlayıb. Yevlaş həmçinin iddia edib ki, rus hərbi birləşmələri Ukrayna artilleriyasının cavab hücum tədbirləri nəticəsində zirehli dəstəyin 60%-nı döyüş meydanında itirib.

Bir başqa iddiaya görə Rusiya Quru Qoşunları Storm-Z və Storm-V kimi cəza batalyonlarından aktiv şəkildə iştirak edir və keçmiş məhkumlardan təşkil olunmuş bu hərbi birləşmələrin köməkliyi ilə insan dalğası taktikasının yaradılması hədəflənməkdədir.[13][14]

İlya Yevlaşın sözlərinə görə Rusiya tərəfindən 1 mart tarixində ərazidə başladılmış hərbi əməliyyatlar kəşfiyyat və məlumat toplama xarakterini daşıyıb və əsas məqsəd aprelin ilk həftəsində başladılmış əsas hərbi əməliyyatlar üçün zəmin hazırlamaq olmuşdur.[15] 23 mart tarixində Rusiyaya yaxın mənbələr ərazinin yaxınlığında yerləşən İvanski kəndinin ələ keçirilməsi barədə xəbərlər yayıblar.[16] Ukraynalı hərbi blogger Vitali Ovçarenko 26 mart tarixində yaydığı məlumatda həmin ərazinin Rusiya qüvvələri tərəfindən müntəzəm olaraq atəşə tutulduğunu və şəhərin hücum altında olması barədə məlumat paylaşıb.[17]

2024-cü ilin 2 aprel tarixində Ukrayna Quru Qoşunlarının V Hava Hücumu Briqdası Çasov Yar ətrafında yerləşdirilib. Çasov Yar hərbi administrasiyasının rəhbəri (mülki vəziyyətlərdə şəhər meri) Sergey Çausun dediyinə görə, 2024-cü ilin aprel ayının əvvəlində şəhərdə müharibədən əvvəlki 13 000 nəfər əhali ilə müqayisədə 770 sakin qalıb.[18]

Döyüş[redaktə | mənbəni redaktə et]

Çasov Yar şəhərində yaşayan dinc əhalinin toplaşdığı sığınacaq. Verilən məlumata görə şəhər cəbhə xəttindən 4 km aralıda yerləşir. Su və elektrik təchizatı tam kəsilib. Şəhər Rusiya Hərbi Hava Qüvvələri tərəfindən müntəzəm olaraq bombardımana məruz qalır. Müharibədən əvvəl şəhərdə təxminən 12 min nəfərə yaxın əhali yaşasa da, hal-hazırda bu rəqəm 770 nəfərə bərabərdir. (30 mart, 2024)

Baxmut və Çasov Yar arasında Ukrayna Silahlı Qüvvələrinə məxsus möhkəmləndirilmiş mövqelərin uzun müddət davam edən ardıcıl bombardımdan edilməsindən sonra Rusiya Silahlı Qüvvələrinə tabe olan hərbi birləşmələr 4 aprel tarixində Çasov Yar şəhəri istiqamətində ilk birbaşa silahlı hücum əməliyyatlarına start veriblər. Su-25 qırıcıları tərəfindən havadan dəstəklənən quru qoşunları beynəlxalq dərəcəli T0506 nömrəli (Xromov-Çasiv Yar) yolboyunca hərəkət ediblər və şəhərin şərq cinahlarında özlərinə mövqe qurmuş Ukraynanın 23-cü Piyada Batalyonu ilə rus birləşmələri arasında toqquşmalar baş verib.[19]

Növbəti gün Rusiyaya bağlı telegram kanalları Rus qüvvələrinin Donets çayının şərqində yerləşən və Çasov Yarın ən şərq yaşayış məntəqəsi olan kanal adlı mikrorayonun küçələrindən biri Zelena küçəsi boyunca yerləşdirilməsi xəbərini yayıb. Ukrayna hərbiçiləri Rusiya Silahlı Qüvvələrinin şəhərə müdaxiləsi fonunda ərazidə vəziyyətin son dərəcədə kritik olduğunu qəbul etsələr də, şəhərin tamamilə Rusiya qüvvələri tərəfindən işğal edilməsi xəbərlərini inkar edib və əlavə edilib ki, şəhər uğrunda döyüşlər davam etməkdədir.[20][6]

6 aprel tarixində Ukrayna hərbi komandiri Aleksandr Sırski bəyan edib ki, Çasov Yar Ukrayna nəzarətində qalmaqdadır, düşmənin şəhərə doğru irəliləmək cəhdləri uğursuzluğa düçar olub.[21] Şəhər hərbi administrasiyasının rəhbəri Sergey Çausun şəhərdəki mövcud vəziyyətin təhlükəli olduğunu ifadə edib.

Çausun sözlərinə görə şəhərdə bircə dənə də olsun salamat bina qalmayıb və davamlı yanğınları söndürmək mümkün deyil. Cəbhə xəttindən təxliyə edilən yaralı Ukrayna ordusunun əsgərlərinin müalicə olunduğu və Çasov Yar yaxınlığında yaradılmış səhra xəstəxanası təhlükəsizlik tədbirləri çərçivəsində boşaldılıb və nəticədə yaralı əsgərləri ərazidən yük maşınları ilə çıxarmaq lazım gəlib.

Təhlil[redaktə | mənbəni redaktə et]

Çasov Yar Rusiya Silahlı Qüvvələri üçün həlledici şəhərlərdən biri hesab olunur. Qonşuluqda yerləşən Baxmutdan fərqli olaraq Çasov Yar hündür ərazidə yerləşir və bu faktor şəhəri müdafiə edən Ukrayna qüvvələri üçün güclü möhkəmləndirilmiş istehkama çevirməkdədir. Çasov Yarın rus hərbi birləşmələri tərəfindən ələ keçirilməsi Konstantinovkanın bombardımdan edilməsinin davamına və KramatorskSlovyansk kimi şəhərlərin gələcəkdə işğal edilməsinə yol aça bilər.[22][23][24][25][26][27]

Analitik və DeepStateMap.Live-ın həmtəsisçisi Roman Pohorili hələ 2023-cü ilin dekabrında qeyd etmişdir ki, Çasov Yarın müdafiəsi artıq başlayıb və ruslar hər gün daha da yaxınlaşmaqdadırlar.[2] Elə həmin ay Müharibənin Tədqiqi İnstitutu tərəfindən yayılanmış açıqlamda rus qüvvələrinin əsas hədəfinin Baxmut ətrafındakı hücumları sonlandırdıqdan sonra hücum istiqamətini qərbə doğru genişləndirməklə Çasov Yarı ələ keçirmək olduğunu bəyan edilmişdir.[28]

2024-cü ilin aprel ayının əvvəlində Ukraynanın V Hücum Briqadasının rəsmiləri Çasov Yarı Ukraynanın Donetsk vilayətinə açılan qapı adlandırıb. Briqadanın bəzi əsgərləri rusların əvvəlki illərə nisbətən daha bacarıqlı fəaliyyət göstərdiklərini etiraf ediblər. Əsgərlərin sözlərinə görə rus birləşmələri əvvəlki səhvlərdən nəticə çıxarıblar və daha qərarlı şəkildə hücum əməliyyatlarını icra etməkdədirlər.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Frontline report: Ukrainian troops in Chasiv Yar face extensive bombing and numerous attacks". Euromaidan Press (ingilis). 2024-04-07. 2024-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-07.
  2. 1 2 ""Defense of Chasiv Yar begins": an expert on fierce battles in the Bakhmut direction". ТСН.ua (ingilis). 2023-12-13. 2024-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-31.
  3. Ситников, Александр. "Срочно! Битва за Часов Яр началась: ВСУ на последнем издыхании". svpressa.ru (rus). 2023-12-26. 2024-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-31.
  4. Сокирко, Виктор. "Стрелки указали на Часов Яр. Сводка СВО на утро 28 февраля". AiF (rus). 2024-02-28. 2024-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-31.
  5. "Запеклі бої, перекидання військових підрозділів та кругова оборона: битва за Часів Яр в огляді експертів". Freedom (ukrayna). 2024-03-04. 2024-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-31.
  6. 1 2 @visegrad24. "BREAKING: The Battle of Chasiv Yar has started" (Post on 𝕏). 𝕏 (Formerly Twitter). Poland: Visegrád 24. 4 April 2024. 4 April 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 April 2024. BREAKING: The Battle of Chasiv Yar has started. Russian troops have reached the first buildings on the eastern edge of the town, which is just a few in from Bakhmut. It’s on elevated terrain and has to be taken if the Russian Army is to continue to Slovyansk and Kramstorsk.
  7. Sheftalovich, Zoya. "Ukraine counteroffensive: Kyiv claims gains in Bakhmut". Politico. 2023-06-08. 2023-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-06.
  8. Santora, Marc; Reinhard, Scott; Holder, Josh. "Five Places Russia Is Fighting to Break Through Ukrainian Lines". The New York Times. 2024-02-17. 2024-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-20.
  9. Segura, Cristian. "Ruins and corpses among the howitzers: Russia prepares its next great siege in eastern Ukraine". EL PAÍS English (ingilis). 2024-02-20. 2024-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-21.
  10. "Russian Offensive Campaign Assessment, February 8, 2024". Institute for the Study of War (ingilis). 2024-02-08. 2024-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-24.
  11. Ситников, Александр. "О начале битвы за Часов Яр известил эпический «почти ядерный» взрыв". svpressa.ru (rus). 2024-02-19. 2024-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-31.
  12. Shcherbak, Svetlana. "Was the ODAB-1500 Aviation Bomb Used by the Enemy for the First Time: What Is Its Main Danger?". en.defence-ua.com (ingilis). 2024-03-30. 2024-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-31.
  13. Fornusek, Martin. "Ukraine reports heavy battles in Bakhmut direction as Russia pulls in reserves". The Kyiv Independent. 27 February 2024. 20 March 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 March 2024.
  14. Presse, AFP-Agence France. "Ukraine Says 'Fierce Battles' Underway Near Key Town". www.barrons.com (ingilis). 27 February 2024. İstifadə tarixi: 2024-03-31.
  15. Fornusek, Martin. "Military: Ukraine partially retakes ground near Avdiivka while Russia pushes toward Chasiv Yar". The Kyiv Independent. March 2024. 15 March 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 March 2024.
  16. ""Russian Army Claims Seized Ukrainian Village Near Bakhmut"". The Moscow Times. 23 March 2024. 23 March 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 March 2024.
  17. Пехньо, Василий. "«Так мы проиграем войну». Если ВСУ не будут «отжимать» трактор у фермера из Краматорска, Россию будем останавливать под Киевом телами — солдат". NV (rus). 2024-03-26. 2024-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-31.
  18. Barbara Wojazer. "Ukraine Faces Key Battle In Chasiv Yar, A 'Door' To Donbas". Barron's. 2024-04-06. 2024-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-06.
  19. "Russian Offensive Campaign Assessment, April 4, 2024". Institute for the Study of War. 2024-04-04. 2024-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-06.
  20. "Ukraine says fighting rages near Chasiv Yar, but denies Russia reached suburbs". Reuters. 2024-04-05.
  21. "Chasiv Yar remains under Ukraine's control – CinC Syrskyi Chasiv Yar remains under Ukraine's control – CinC Syrskyi". Ukrinform. 6 April 2024. 7 April 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 April 2024.
  22. Kateryna Denisova. "Ukraine's military denies Russian troops reached Chasiv Yar's suburb". The Kyiv Independant. 2024-04-05. 2024-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-06.
  23. "Russian Forces Ramp Up Pressure on Ukraine's Eastern Front". The Moscow Times. 2024-04-05. 2024-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-06.
  24. Устяхина, Валентина. "Срочно! Битва за Часов Яр началась: ВСУ на последнем издыхании". 19rusinfo.ru (rus). 2023-12-27. 2024-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-21.
  25. "RUSSIAN OFFENSIVE CAMPAIGN ASSESSMENT, MARCH 1, 2024". Institute for the Study of War (ingilis). 2024-03-01. 2024-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-21.
  26. "Битва за Часів Яр. Як російська армія готує "потужний ривок" і чим важливе це місто". BBC News Україна (ukrayna). 2024-03-01. 2024-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-21.
  27. "Ukraine Says Situation 'Difficult' Around Chasiv Yar". The Moscow Times. 7 April 2024. 10 April 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 April 2024.
  28. "Russian Offensive Campaign Assessment, December 15, 2023". Institute for the Study of War (ingilis). 2023-12-15. 2024-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-24.