Portal:Balet

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
redaktə  

"Ballet comique de la reine"
“İstənilən hərəkət onda gözəldir ki, səmimi hislərlə və fikirlərlə ifadə olunmuş olsun” Aysedora Dunkan




Balet portalına
xoş gəlmisiniz!


redaktə  

Seçilən məqalə

Məhəbbət Əfsanəsi - Arif Məlikovun Nazim Hikmətin librettosu əsasında bəstələdiyi Azərbaycan baleti. 1961-ci ildə Leninqrad Dövlət Opera və Balet Teatrında (hazırkı Sankt-Peterburq Mariin Teatrı) gənc baletmeyster Yuri Qriqoroviç tərəfindən səhnələşdirilmiş "Məhəbbət əfsanəsi" baleti xoreoqrafiya sənəti tarixində yeni səhifə açaraq, mühüm mərhələ olmuşdur. Bununla bağlı baletşünas V. Krasovskayanın maraqlı müqayisəsi vardır. O yazır: ""Yatmış gözəl" XIX əsr balet kəşflərinin sintezi olduğu kimi, "Məhəbbət əfsənəsi" XX əsrin balet kəşflərinin sintezidir"


redaktə  

Seçilən şəkil


Balet pozası, barmaqlar üzərində arabesque


redaktə  

Bəstəkarlar

İohann Ştraus (alm. Johann Strauss‎) — XIX əsrdə yaşamış dünya şöhrətli Avstriyalı bəstəkar. İohann Ştraus vals musiqisinə gətirdiyi yenilikərlə tanınır. XIX əsrdə Avropada vals kralı hesab olunan Ştrausun qazandığı uğurları Avropada az sayda bəstəkar qazana bilmişdir. Ən məşhur əsəri "Mavi Dunay" valsıdır. Mavi Tuna əsəri əslində xor üçün yazılmışdır. Xor tərəfindən ifa edilən əsər uğur əldə edə bilməmiş, sonralar Ştraus Mavi Tuna əsərini orkestra üçün bəstələmişdir. Əsas 400 musiqi nömrəsi arasında birinci olmuş və Ştrausa böyük uğur gətirmişdir. İohann Ştraus 1825-ci ildə Avstriyanın paytaxtı Vyana şəhərində anadan olmuşdur. Ştrausun özü ilə eyni adı və soyadı daşıyan atası İohann Ştraus dövrünə görə tanınan musiqiçi idi. İohann Ştraus Vals musiqisinin yaradıcılarından hesab olunurdu, onun rəhbərlik etdiyi orkestrlərin verdiyi konsertlər böyük marağa səbəb olurdu.


redaktə  

İfaçılar

Almaszadə Qəmər Hacıağa qızı (10 mart 1915, Bakı7 aprel 2006, Bakı) — Azərbaycan balerinası, Azərbaycan Respublikası Xalq Artisti, Azərbaycanın ilk qadın balet rəqqasəsi. Qəmər Almaszadə (Tamara ləqəbi ilə də tanınan) Bakı şəhərində çəkməçi ailəsində anadan olub. Uşaqlıqda baletlə məşğul olan dostu onda bu sənətə maraq oyandırıb. Mühafizəkar müsəlman atasından gizli olaraq dostunun məsləhəti ilə özəl balet studiyasına yazılır (daha sonra studiya Bakı Xoreoqrafiya Məktəbinə çevrilir). Atasını baletlə yox, idmanla məşğul olduğunu inandıra bilir. Lakin bir neçə ildən sonra sirrin üstü açılır. Atası əvvəllər qəzəblənsə də, sonralar teatra gizlicə gəlir və qızının çıxışlarında tamaşaçılar arasında tez-tez görünür.


redaktə  

Teatrlar

La Skala (it. Teatro alla Scala yaxud La Scala) Milanda dünyanın ən tanınmış və ən məşhur opera teatrıdır. Milanın Della Skala(it. Piazza della Scala) meydanında yerləşmişdir. Opera Santa Maria della Skala kilsəsinin yerində tikildiyinə görə La Skala adlandırılmışdır. La Skala 1776-cı ildə yanmış Reqio Dukale teatrının (it. Teatro Regio Ducale) əvəzinə Santa maria della Skala kilsəsinin yerində memar Cüzeppe Piyermarininin lahiyəsi əsasında 23 ay müddətində tikilmişdir. 3 avqust 1778- ci ildə La Skala öz qapılarını Antonio Saliyerinin (it. L’Europa riconosciuta operasının primyerası ilə açmışdır.


redaktə  

Təqvim

May


redaktə  

Musiqi


Qu gölü


redaktə  

Bilirsinizmi

  • Balet XVI əsrdə İntibah dövründə İtaliyada musiqili tamaşaların – operaların tərkib hissəsi kimi – kiçik rəqs epizodları qismində meydana çıxıb.
  • İlk balet əsəri Fransada 15 oktyabr 1581-ci ildə tamaşaya qoyulub
  • Türkmənistanda opera 2001 ci ildə Saparmurat Niyazov tərəfindən qadağan edilmişdir.


redaktə  

Kateqoriyalar


redaktə  

Xarici keçidlərdə baletlər


redaktə  

Əlaqəli portallar


redaktə  

Balet indeksləri


0–9 A B Ç C D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


Balet Vikixəbərdə  Balet Vikisitatda  Balet Vikikitabda  Balet Vikimənbədə  Balet Vikilüğətdə  Balet Vikiversitetdə  Balet Vikianbarda
Xəbərlər Sitatlar Dərsliklər və təlimat kitabçaları Mətnlər Sözlər Dərs resursları Mediafayllar