Portal:Opera

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
redaktə  

"Ola bilsin ki, operaya gedən hər əlli nəfərdən yalnız biri artıq onu sevsin, yerdə qalan qırxdoqquz nəfər isə onu sevməyi öyrənmək üçün operaya gedirlər" Mark Tven

Üçüncü zəng çalınır, pərdə qalxır...

Opera portalına
xoş gəlmisiniz!


redaktə  

Operalar

Trubadur ya Carçı (it. Il trovatore) - İtalyan bəstəkar Cüzeppe Verdinin bəstələdiyi, Salvador Kammaranonun librettosunun yazdığı 4 pərdəli opera əsəri. İlk dəfə 19 yanvar, 1853 cü ildə Romadakı “Apollo” teatrında səhnəyə qoyulmuşdur.

Verdi Luiza Müller operasından dərhal sonra 1850-ci ildə müvafiq süjet üstündə bu operanı yazmağı qərara alır. 2 yanvar 1850 tarixli Kammaranoya ünvanladığı bir məktubda Verdi ispan dramaturqu Qarsiya Qutyerres in “Trubadur” dramı əsasında libretto yazmasını xahiş edir. Kammarano süjetin üsyankar ruhuna görə senzuradan keçə bilməyəcəyindən ehtiyatlanaraq, ona dərhal cavab vermir. Bu arada Verdi Riqoletto operasını tamamlamış olur. Verdi bir daha Kammaranodan libretto tələb edir. Nəhayət 1851-ci ildə Kammarano Verdiyə bir libretto variantı göndərir, lakin bu Verdini qane etmir. Yeni librettonu Kammarano 1852 ci ildə vəfat etdiyinə görə bitirə bilmir. Librettonu bitirməyi şair Leone Bardare öz üzərinə götürür. Dostu Kammaranonun ölümündən sarsılmasına baxmayaraq 1852-ci ildə opera üzərində işi bitirmiş olur. Süjetə görə hadisə İspaniyanın cənubunda, Əlxəfəriyə şəhərində baş verir.


redaktə  

Operettalar

O olmasın, bu olsunÜzeyir bəy Hacıbəyovun ikinci musiqili komediyası (1911). Bәstәkarın XIX əsrin sonu XX əsrin әvvәllәri Azәrbaycan hәyatının, mәişәtinin qüsurlarını kәskin ifadә edәn 4 pәrdәli (әvvәlcә 3 pәrdәli idi) әsәridir. Burada müflislәşәn vә mәnәviyyatca düşgünlәşәn zadәganların xәsisliyi, pulun gücunә fanatik inamı ilә seçilәn varlı tacir zumrәsi ilә ittifaqa girmәk cәhdi inandırıcı tәsvir olunmuşdur. İnsanın mәnәvi azadlığı vә lәyaqәti uğrunda mubarizә aparan, pulun hökmranlığı vә sosial-mәişәt qayda-qanunları ilә barışmayan yeni nәslin numayәndәlәri "әski" cәmiyyәtә qarşı qoyulmuşdur. Әsәrdә musiqi mühüm dramaturji rol oynayıb, hadisәlәrin gedişatına fәal yardım göstәrir, qәhrәmanların xarakteristikasını dәrinlәşdirir. Buradakı mәnfi qәhrәmanlar arasında puluna görә "yuxarı" tәbәqәlәrin hörmәt bәslәdiyi tacir Mәşәdi İbad әsas obrazdır.


redaktə  

Bəstəkarlar

İohann Ştraus (alm. Johann Strauss‎) — XIX əsrdə yaşamış dünya şöhrətli Avstriyalı bəstəkar. İohann Ştraus vals musiqisinə gətirdiyi yenilikərlə tanınır. XIX əsrdə Avropada vals kralı hesab olunan Ştrausun qazandığı uğurları Avropada az sayda bəstəkar qazana bilmişdir. Ən məşhur əsəri "Mavi Dunay" valsıdır. Mavi Tuna əsəri əslində xor üçün yazılmışdır. Xor tərəfindən ifa edilən əsər uğur əldə edə bilməmiş, sonralar Ştraus Mavi Tuna əsərini orkestra üçün bəstələmişdir. Əsas 400 musiqi nömrəsi arasında birinci olmuş və Ştrausa böyük uğur gətirmişdir. İohann Ştraus 1825-ci ildə Avstriyanın paytaxtı Vyana şəhərində anadan olmuşdur. Ştrausun özü ilə eyni adı və soyadı daşıyan atası İohann Ştraus dövrünə görə tanınan musiqiçi idi. İohann Ştraus Vals musiqisinin yaradıcılarından hesab olunurdu, onun rəhbərlik etdiyi orkestrlərin verdiyi konsertlər böyük marağa səbəb olurdu.


redaktə  

Milli operamız

Leyli və MəcnunÜzeyir bəy Hacıbəyovun ilk operası. 1907-ci ildə yazılmış, 1908-ci il yanvarın 25-də Tağıyev teatrında ilk tamaşası olmuşdur. İlk redaktədə əsər 5 pərdə və 6 şəkildə, sonrakı quruluşlarda 4 pərdə, 6 şəkildə idi. "Leyli və Məcnun"la Azərbaycan musiqi mədəniyyəti tarixində yeni bir dövr açılmış, eyni zamanda müsəlman Şərqində opera janrının əsası qoyulmuşdur. Opera M. Füzulinin eyniadlı poemasının motivləri əsasında yazılmışdır. Librettonun müəllifi Üzeyir bəy Hacıbəyovdur. O, poemanın əsas ideya məzmununu, şerlərini olduğu kimi saxlamış, eyni zamanda orta əsr Şərq aləminin ziddiyyətli mühitini daha qabarıq vermişdir. Beləliklə H. keçmişin obrazları vasitəsilə yaşadığı dövrün gərgin inkişafı ilə seçilən demokratik proseslərini açıb göstərmişdir.


redaktə  

Məşhur tenor ifaçılar

Hüseynqulu Məlik oğlu Rzayev (Sarabski) (20 mart 1879, Bakı2 fevral 1945, Bakı) — opera müğənnisi (lirik tenor), aktyor, rejissor, pedaqoq, teatr xadimi, Azərbaycanın xalq artisti (1932). Azərbaycan professional musiqi teatrının banilərindən biri. 1908-ci ildən "Nicat" cəmiyyəti nəzdində "Müsəlman Opera truppası"nın yaradıcılarından biri və solisti olmuşdur. Məcnun ("Leyli və Məcnun"), Şeyx Sənan ("Şeyx Sənan"), Kərəm ("Əsli və Kərəm"), Sərvər ("O olmasın, bu olsun"), Şah İsmayıl və b. partiyaların ən yaxşı ifaçılarından biri olmuşdur.


redaktə  

Məşhur soprano ifaçılar

Məmmədova Şövkət Həsən qızı (18 aprel, 1897, Tbilisi8 iyun 1981, Bakı) — İlk professional Azərbaycan qadın müğənnisi (lirik koloratur soprano). SSRİ xalq artisti (1938). Azərbaycan opera ifaçısı və müəllimi. Azərb. SSR Ali Sovetinin (1-4 çağırış) deputatı olmuş, 2 dəfə Lenin ordeni, 2 Qırmızı Əmək Bayrağı və "Şərəf nişanı" ordenləri ilə təltif edilmişdir. Şövkət Məmmədova indiki Gürcüstanın Tbilisi şəhərində kasıb pinəçi ailəsində anadan olub. Atası Şövkətin musiqiyə qarşi olan istəyi hiss edib, milyonçu H.Z.Tağıyevin köməkliyi ilə 1910-cu ildə onu Bakıya göndərir. 1911-ci ildə Zeynalabdin Tağıyev və həyat yodaşı Sonanın köməyi ilə İtaliyada, Milan şəhərində musiqi məktəbinə daxil olur. Lakin 1912-ci ildə ona olan kömək kəsilir və Məmmədova Rusiyaya qayıtmalı olur. O təhsilini Tbilisi musiqi məktəbində davam etdirir.


redaktə  

İfaçılar

Samir Qadir oğlu Cəfərov — Azərbaycanlı tenor, opera ifaçısı, Xalq artisti. 1976-cı ildə Naxçıvan Muxtar Respublikası, Babək rayonunun Nehrəm kəndində anadan olmuşdur. 1993-1997-ci illər ərzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində teatr və kino sənəti ixtisası üzrə, 1999-2001-cı illərdə Bakı Musiqi Akademiyasında solo oxuma ixtisası üzrə təhsil almışdır. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrın solistidir.


redaktə  

Opera teatrları

Metropoliten-opera (ing. Metropolitan Opera) — Nyu Yorkda , Linkoln mərkəzində yerləşən musiqili teatr. Opera teatrı qısaca olaraq “Met” (ing. Met) adlandırırlar. “Met” görkəmli dünya opera sənələrindən sayılır. 1974 cü ildən teatrın bədii rəhbəri və baş drijoru Ceyms Livayn olmuşdur. 2013 cü ildən səhətti ilə əlaqədar onu dirijor Fabio Luisi əvəz edir. Opera “Metropoliten opera haus kompani” səhmdar cəmiyyətinə məxsusdur. Varlı firma və şəxslərin subsidiyaları hesabına maliyələnir. Teatr ilin yeddi ayını: sentyabrdan aprelə qədər öz qapılarını tamaşaçıların üzünə açır. Maydan iyuna dək qastrol səfərlərinə çıxır. Bundan başqa teatr iyul ayında adətiüzrə “Mərkəzi Parkda” pulsuz tamaşalarla çıxışlar edir.


redaktə  

Opera indeksləri


0–9 A B Ç C D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z



redaktə  

Opera musiqisi


Uvertüralar


Ariyalar


redaktə  

Təqvim

May


redaktə  

Məşhur ariyaların sözləri



redaktə  

Şəkil qalereyası


redaktə  

Bilirsinizmi...

  • Turandot operasının orijinal süjeti Azərbaycanın XII əsrdə yaşamış klassik şairi Nizami Gəncəvinin “Yeddi gözəl” əsərindəki epik hekayədən götürülmüşdür.
  • Qarnye opera binasının lahiyəsi təqdim olunarkən İmperatriça Yevgeniya Şarl Qarnyedən onun hansı memarlıq üslubunda işlənildiyini soruşur: "Bu necə üslubdur? Nə yunan, nə XV Lüdovik, nə də XVI!" Qarnye belə cavab verir: "Bu ki, III Napoleondur və siz onu bəyənmirsiniz?!". İmperator Qarnyeni kənara çəkib qulağına pıçıldayır: "Narahat olmayın, onun onsuz da belə şeylərdən başı çıxmır". Beləliklə Napoleon üslubu yaranmış olur.
  • Bəd 13 ədədi: Opera Qarnye sayca Parisin 13 cüsüdür; 29 may 1896 cı ildə nizamlayıcı 700 kq-lıq çilçıraq "Faust" tamaşası gedərkən düşməsindən 13 nömrəli oturacaqda əyləşmiş tamaşaçı ölür; gənc balerina giriş pilləkanının 13 cü pilləsindən yıxılaraq tələf olur.
  • Qaston Lerunun məhşur "Opera fantomu" romanında opera binasının altında gölün olması göstərilir. Həqiqətdə də binanın zirzəmisində özülün davamlığını artırmaq və baş verə biləcək yanğını söndürmək üçün su anbarı mövcuddur.
  • Aida operasının Avropadakı premyerası 1872-ci ildə La Skalada baş tutmuşdur. Opera qədər bəyənilir ki, bəstəkar Cüzeppe Verdi 32 dəfə səhnəyə çağırılir.


redaktə  

Kateqoriyalar


redaktə  

Əlaqəli portallar


redaktə  

Xarici keçidlərdə operalar



Opera Vikixəbərdə  Opera Vikisitatda  Opera Vikikitabda  Opera Vikimənbədə  Opera Vikilüğətdə  Opera Vikiversitetdə  Opera Vikianbarda
Xəbərlər Sitatlar Dərsliklər və təlimat kitabçaları Mətnlər Sözlər Dərs resursları Mediafayllar