Portal:Coğrafiya/Coğrafiyaşünaslar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Ameriqo (Ameriko) Vespuççi (it. Amerigo Vespucci, lat. Americus Vespucius; 9 mart 1454, Florensiya, Florensiya Respublikası22 fevral 1512, Sevilya, İspaniya) — florensiyalı səyyah, adı ilə Amerika qitəsinin adlandırıldığı ehtimal olunur. Amma digər bir fərziyyəyə görə o, artıq özünü mövcud qitənin şərəfinə bu cür adlandırıb. Xristofor Kolumbun "Amerika"nı kəşf etməsi portuqalları ciddi narahat etməyə başladı. Verdikləri "hədiyyəni" geri qaytarmaq bir nömrəli problemə çevrilmişdi. Lakin ispanlar Amerika qitəsini şimallı-cənublu öyrənməkdə davam edirdilər. Yeni Dünyanın tədqiq edilməsində artıq Ameriqo Vespuççi görkəmli şəxsiyyət sayılırdı. Yazılarına əsaslansaq o, 4 dəfə – 1497, 1499, 1501, 1503-cü illərdə Amerikada olmuşdur.

Məqaləni oxu...