Xarəzm vilayəti

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Xarəzm vilayəti
Xorazm viloyati

41°20′ şm. e. 61°00′ ş. u.


Ölkə
İnzibati mərkəz Ürgənc
Tarixi və coğrafiyası
Yaradılıb 15 yanvar 1938
Sahəsi
  • 6.300 km²
Hündürlük
98 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.715.600 nəf. (2015)
Rəqəmsal identifikatorlar
ISO kodu UZ-XO
Avtomobil nömrəsi 90
Rəsmi sayt
Xarəzm vilayəti xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xarəzm vilayətiÖzbəkistan Respublikasının tərkibindəki inzibati vahid. İnzibati mərkəzi Ürgənc şəhəridir.

Tarixi[redaktə | mənbəni redaktə et]

Eramızdan əvvəl VIII əsrdən etibarən bölgənin müasir ərazisində əsası Xorazmlılar tərəfindən qoyulmuş Orta Asiyanın ən qədim dövlətlərindən biri formalaşmışdır. Burada həmçinin massagetlər, saklar, apasaklar, oslar, daxlar və s. yaşayırdılar. XII əsrdə ərazisinin böyüklüyünə görə qüdrətli Orta Asiya dövləti — Xarəzmşahlar yarandı. Ən böyük çiçəklənməsinə 13-cü əsrin əvvəllərində II Ala ad-Din Məhəmmədin dövründə çatdı. Lakin imperiyanın çiçəklənmə dövrü uzun sürmədi və o, monqolların istilasından süqut etdi.

Müasir tarix dövründə, 1920-ci ilin fevralında Xivə xanlığının varisi kimi Xarəzm Xalq Sovet Respublikası yaradıldı. Hökmdar rəsmən taxtdan imtina etdikdən sonra 1920-ci il aprelin 26-da Birinci Xarəzm Qurultayı (Məclis) elan edildi. 1923-cü il oktyabrın 30-da Xarəzm Xalq Sovet Respublikası Xarəzm Sosialist Sovet Respublikasına çevrildi. Xarəzm SSR 1924-cü ilin payızına qədər mövcud oldu. Ərazisi Özbəkistan SSR (Xarəzm vilayətinin tərkibində), Türkmənistan SSR və Qaraqalpaq Muxtar Dairəsi (RSFSR) arasında bölündü. 1925-1930 və 1932-1938-ci illərdə Xarəzm dairəsi olub, 15 yanvar 1938-ci ildə ayrıca vilayət kimi yaradılıb.

Xarəzm cəbralqoritmin banisi Əl-Xarəzminin və yerin kürə şəklində xəritəsinin yaradıcısı Biruninin, eləcə də digər eyni dərəcədə məşhur alim və xadimlərin vətənidir. 2003-cü ildə vilayət Cəlaləddin Mənguberdi ordeni ilə təltif edilib.[1].

İnzibati-ərazi bölgüsü[redaktə | mənbəni redaktə et]

2020-ci ilə qədər vilayət 11 rayon (tuman) və 2 rayon tabeliyində olan şəhərə bölünür:

  • Ürgənc şəhəri,
  • Xivə şəhəri (5),
  • Boğot rayonu (özb. Bogʻot tumani, Боғот тумани) (1), mərkəz - qəs. Boğot,
  • Gürlən rayonu (özb. Gurlan tumani, Гурлан тумани)(2), mərkəz - qəs. Gürlən,
  • Koşköpir rayonu (özb. Qoʻshkoʻpir tumani, Қўшкўпир тумани)(6), mərkəz - qəs. Koşköpir,
  • Ürgənc rayonu (özb. Urganch tumani, Урганч тумани(8), mərkəz - qəs. Qarovul,
  • Xəzərasp rayonu (özb. Xazorasp tumani, Хазорасп тумани)(11), mərkəz qəs. Xəzərasp,
  • Xanka rayonu (özb. Xonqa tumani, Хонқа тумани)(3), mərkəz - qəs. Xanka,
  • Xivə rayonu (özb. Xiva tumani, Хива тумани)(5), mərkəz - Xivə şəhəri,
  • Şavat rayonu (özb. Shovot tumani, Шовот тумани)(7), mərkəz - qəs. Şavat,
  • Yeniarık rayonu (özb. Yangiariq tumani, Янгиариқ тумани)(9), mərkəz - qəs. Yeniarıq,
  • Yenibazar rayonu (özb. Yangibozor tumani, Янгибозор тумани) (10), mərkəz - qəs. Yenibazar
  • Tüprakkala rayonu (4), mərkəz - Pitnak şəhəri

1938-ci ildə Xorəzm vilayəti 9 rayona (Gürlə, Koşköpir, Mangit, Ürgənc, Xəzərasp, Xanka, Xivə, Şavat, Yeniarık) və 2 vilayət tabeliyində olan şəhərlərə (ÜrgəncXivə) bölündü.

1950-ci ildə Yenibazar rayonu, 1953-cü ildə isə Boğot rayonu təşkil edildi.

1957-ci ildə Mangit rayonu Qaraqalpaqıstan Muxtar Sovet Sosialist Respublikasının tərkibinə verildi.

1959-cu ildə Boğot və Yenibazar rayonları ləğv edildi.

1963-cü ildə Koşköpir, Ürgənc və Xanka rayonları ləğv edildi.

1964-cü ildə Ürgənc rayonu, 1967-ci ildə Koşköpir, 1970-ci ildə Boğot, 1973-cü ildə Xanka, 1981-ci ildə Yenibazar bərpa edilib.

1976-cı ildə Drujba (Pitnak), 1983-cü ildə Xanka və Şavat, 1984-cü ildə isə Gürlən rayon tabeliyində olan şəhərlər yaradıldı.

1992-ci ildə Gürlən, Xanka və Şavat rayon tabeliyində olan şəhər statusundan məhrum edildi.

1998-ci ildə Drujba şəhəri Pitnak adlandırıldı.

2002-ci ildə Pitnak və Xivə rayon tabeliyində olan şəhərlər statusundan məhrum edildi.

2017-ci ildə Xivə yenidən rayon tabeliyində olan şəhər oldu.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Şablon:Lex.uz // Ведомости Олий Мажлиса Республики Узбекистан. № 8 (1328). — 2003. avqust. — 81. ISSN 0206-6637.