Ağabala xan Sərdari-Əfxəm

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Ağabala xan Sərdari-Əfxəm
fars. آقابالاخان سردارافخم
1905 – 1907
Şəxsi məlumatlar
Doğum tarixi 5 iyun 1869(1869-06-05)
Doğum yeri Tehran
Vəfat tarixi
Vəfat yeri Rəşt, İran
Fəaliyyəti məmur
Dini Şiə İslam

Ağabala xan Sərdari-ƏfxəmQacarlar dövlətinin daxili işlər naziri, Gilan əyalətinin valisi.

Əsl adı Mirzə Məhəmmədəli xandır. Moini-nizam ləqəbini daşıyırdı.

Ağabala xan vəliəhd Müzəffərəddin mirzənin yanında tədricən inkişaf edərək 1883-cü ildə sərhəng (polkovnik), 1885-ci ildə isə mirpənc (general-leytenant) rütbələrinə yiyələnir.

Ağabala xan 1891-ci ildə vəkilüddövlə ləqəbinə layiq görülür. Sənaye naziri və Topxana (artilleriya) rəisi Cahangir xan vəfat etdikdən sonra Ağabala xan onun vəzifələrinə sahib olur[1].

Ağabala xan Sərdari-Əfxəm 1907-ci ildən sonra Gilan əyalətinə vali təyin olunmuşdu. 1909-cu ildə "Səttar xan adına komitə"nın fəalları Rəştdə üsyan qaldırdılar. Vali Sərdari-Əfxəm öldürüldü.[2]

  • Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.
  1. Bamdad, I cild, s.184
  2. М. С. Иванов, Очерк истории Ирана. М.: 1952, стр.234.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]