Lütfulla xan Məhəmmədxanlı

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Lütfulla xan Məhəmmədxanlı
Lütfulla xan Bağır xan oğlu Məhəmmədxanlı
Digər adı Şücaülməmalik Kəleybəri
Doğum yeri Kəleybər
Vəfat tarixi

Lütfulla xan Bağır xan oğlu Məhəmmədxanlı (?-1923) — Qaradağ vilayətinin Məhəmmədxanlı elinin elbəyi, sərkərdə. Şücaülməmalik ləqəbi ilə tanınırdı.

Lütfulla xan Bağır xan oğlu Qaradağ vilayətinin Kəleybər mahalında anadan olmuşdu. Atasından sonra Məhəmmədxanlı elinin elbəyi olmuşdu. Şahdan Şücaülməmalik ləqəbini almışdı. Kəleybər şəhərində yaşayırdı. Qaradağda baş verən qarışıqlıq zamanı Əmir Ərşada qarşı çıxdı. Məğlub olub Rusiyaya qaçdı. Orda da vəfat etdi.

Lütfulla xanın Ağa xanım, Səkinə xanım adlı qızları vardı.

  • Ənvər Çingizoğlu. Qarşı yatan Qaradağ. Bakı: Ozan, 1998, 192 səh.
  • Ənvər Çingizoğlu. Qaradağlılar. Bakı: Şuşa, 2008, 160 səh.
  • Ənvər Çingizoğlu. Məşrutə ensiklopediyası. Bakı: 2011. 624 səh.