Mustafa Quliyev
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Mustafa Quliyev | |
---|---|
1922 – 1928 | |
Əvvəlki | Dadaş Bünyadzadə |
Sonrakı | Ruhulla Axundov |
1922 – 1922 | |
Komissar | Dadaş Bünyadzadə |
1921 – 1922 | |
1920 – 1921 | |
Əvvəlki | vəzifə təsis olundu |
Sonrakı | Şirəli Axundov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 18 (30) yanvar 1893 |
Doğum yeri | |
Vəfat tarixi | 3 iyul 1938 (45 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | siyasi repressiya |
Təhsili | Tiflisdə gimnaziyanı (1913). Kiyev Müqəddəs Vladimir Universiteti [2] |
Fəaliyyəti | yazıçı, ədəbiyyat tənqidçisi, publisist |
Vikianbarda əlaqəli mediafayllar |
Mustafa Zəkəriyyə oğlu Quluyev (18 (30) yanvar 1893, Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 3 iyul 1938, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan dövlət xadimi, ədəbiyyatşünas, tənqidçi və publisist. 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Azərbaycan SSR Xalq Maarif Komissarı (1922–1928). Azərbaycan pedaqoji mühitinin təlim tərbiyəsində böyük rol oynamış bir əsrlik qocaman tarixi "Azərbaycan məktəbi" jurnalnın ilk baş redaktoru olmuşdur.
Həyatı
[redaktə | mənbəni redaktə et]Mustafa Zəkəriyyə oğlu Quliyev köhnə təqvimlə 1893-cü il yanvarın 18-də Azərbaycanın Şəki şəhərində anadan olmuşdur. Tiflisdə gimnaziyanı bitirmişdir (1913). Kiyev Universitetinin fizika-riyaziyyat fakültəsində təhsil almışdır. RK(b) Kiyev komitəsi müsəlman bölməsinin sədri seçilmişdir. 1919-cu ildə Bakıya qayıtmış, Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynamışdır.[3] Lənkəran qəza inqilab komitəsinin sədri (1920), AK(b)P Qaraşəhər Rayon Komitəsinin katibi (1921–1922), Azərbaycan SSR Xalq Maarifi Komissarı (1922–1928), "Maarif və mədəniyyət", "İnqilab və mədəniyyət" jurnallarının (1923–1926; 1929–1932) məsul redaktoru vəzifəsində işləmişdir.
1938-ci ildə cəza tədbirləri dövründə həbs edilib ölümə məhkum olunmuşdur.[mənbə göstərin]
Əsərləri
[redaktə | mənbəni redaktə et]Kitabları
[redaktə | mənbəni redaktə et]- "Azərbaycanda Oktyabr düşmənləri" (1927)
- "Mədəni inqilab və islam" (1928)
- "Türk qadınının yolu" (1930)
- "Oktyabr və türk ədəbiyyatı" (1930)
- "Cinayət nədir və hardan baş verir" (1935)
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Fikrin karvanı. Tərtib edəni Elçin Əfəndiyev, Bakı: Yazıçı, 1984, s.209–221
- Nizaməddin Babayev. Ədəbi mübahisələr, Bakı: Yazıçı, 1986
- Vaqif Sultanlı. Azərbaycan ədəni tənqidi, Bakı: Nurlar, 2019, s.179–182
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Azərbaycanda ilk ali pedaqoji təhsil müəssisəsi: təşəkkülü və inkişafı". 2018-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-26.
- ↑ "Arxivlənmiş surət". 2021-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-30.
- ↑ Fərrux Rüstəmov. Azərbaycan pedaqogikaşünaslığı. Bakı: Elm və təhsil, 2016. — səh. 33.
- 30 yanvarda doğulanlar
- 1893-cü ildə doğulanlar
- Şəkidə doğulanlar
- 3 iyulda vəfat edənlər
- 1938-ci ildə vəfat edənlər
- 45 yaşında vəfat edənlər
- Bakıda vəfat edənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan yazıçıları
- Azərbaycan SSR xalq maarifi komissarları
- Azərbaycan kommunistləri
- Azərbaycan inqilabçıları
- Kiyevdə təhsil almış azərbaycanlılar
- Taras Şevçenko adına Kiyev Milli Universitetinin məzunları
- SSRİ-də repressiya qurbanları
- Rusiya imperiyasındakı Tiflis gimnaziyalarının məzunları
- Azərbaycan Kommunist Partiyası rayon komitələrinin birinci katibləri
- Azərbaycan SSR qəzalarının inqilab komitələrinin sədrləri