Qızılqaya (Xankəndi)

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Qızılqaya
Ölkə  Azərbaycan

QızılqayaAzərbaycan Respublikasının Xankəndi şəhərinin inzibati ərazi vahidində kənd.

1991-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır.

Qızılqayada ilkin yaşayışın eramızdan əvvəlki dövrlərə aid olduğu bildirilir. Çünki həmin dövrlərə məxsus qoça bənzər kiçik heykəllər, qəbirlər tapılmışdır. Xocalı-Gədəbəy mədəniyyətinə aid nümunələr bu kənddə də mövcuddur. 1933-cü ildə kənd Xankəndi şəhərinin tabeliyinə verilmişdir. Kəndin 12 məhəlləsi, 1 məscidi, 1 kümbəzi, 3 hamamxanası var. 1991-ci ilin dekabrında kənd işğal edilib. İşğal zamanı kənd 2 şəhid vermişdir

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Xankəndi şəhərinin şimal ərazilərində yerləşir.