Vardacur

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Vardacur
Ölkə  Azərbaycan
Rayon Xocalı rayonu

VardacurAzərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində qəsəbə.

1992-ci ilin fevral ayından Ermənistan Silahlı Qüvvələrinin işğalı altında idi. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır.

Qəsəbə ərazidəki eyniadli çayın adını almışdır. Hidronim türk dillərindəki var (yarğan, dərə, çay yatağı) və İran dillərindəki cur (su, çay) komponentlərindən düzəlib, “yarğandan, dərədən axan çay” mənasındadır.[1]

  1. Vardacur // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.